Qara nöqtələri yox edən, soyularaq təmizlənən maska resepti
Bizi izləyin

Gözəllik

Qara nöqtələri yox edən, soyularaq təmizlənən maska resepti

Qara nöqtələrin gözəlliyinizə kölgə salmağını istəmirsinizsə, mütəmadi olaraq xüsusi maskalardan istifadə edin.

Qara nöqtələrə qarşı ən təsirli vasitə soyula bilən maskalardır. Su ilə təmizlənən maskalardan fərqli olaraq soyula bilən maskalar dərini daha dərindən təmizləyir, qara nöqtələrin yenidən yaranmasının qarşısını alır.

Publika.az belə ən təsirli maskaları təqdim edir:

Süd və bal maskası

Tərkibi:

1 xörək qaşığı bal

1 xörək qaşığı süd

Hazırlanması:

Bal və südü bir kasaya töküb mikrodalğalı sobaya qoyun. Məcun halına düşənə kimi gözləyin. Daha sonra sobadan çıxarıb soyumağını gözləyin və fırça ilə qara nöqtələrin olduğu bölgələrə çəkin. 25 dəqiqə gözlədikdən sonra maskanı yavaş-yavaş soyun. Maskanı həftədə iki dəfə çəkməlisiniz.

Salfet maskası

Tərkibi:

1 ədəd yumurtanın ağı

1 xörək qaşığı limon şirəsi

Salfet

Hazırlanması:

Yumurtanın ağı ilə limon şirəsini qarışdırıb çırpın.

Həmin qarışığı qara nöqtələrin çoxluq təşkil etdiyi yerlərə çəkin. Daha sonra salfeti üzünüzə yapışdırın. Salfetin sadə olmasına diqqət edin. Rəngli və şəkilli salfetlərdən istifadə etməyin. Fırça ilə salfetin üzərindən yenidən yumurta ilə limon qarışığını çəkin. Qurumağını gözləyin. Salfeti soyun. Daha sonra üzünüzü ilıq su ilə yuyub toniklə silin. Bu maskanı həftədə bir dəfə çəkmək kifayət edəcək.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm