Qırışların qarşısını almaq üçün BUNLARI YEYİN!
Bizi izləyin

Gözəllik

Qırışların qarşısını almaq üçün BUNLARI YEYİN!

Dəri 25 yaşdan sonra yavaş-yavaş qırışmağa başlayır. Qırışların qarşısını almaq üçün təkcə qulluq vasitələrindən istifadə etmək kifayət deyil. Gözəl dəri arzulayırsınızsa, ilk növbədə sağlam qidalanmağa diqqət etməlisiniz.

Publika.az dərini qırışmağa qoymayan, yaşlılıq əlamətlərini aradan qaldıran qidaları araşdırıb:

1. Avokado

Tərkibində bol miqdarda E və B vitaminləri olan bu meyvə dərini ehtiyac duyduğu nəmlə təmin edir. Dəriyə elastiklik və yumşaqlıq bəxş edir, qidalandırır. Tez-tez avokado yesəniz, dəriniz daha gənc görünəcək.

2. Pomidor

C vitamini ilə zəngin olan pomidor dərinin gənc görünməsini təmin edir. Likopen maddəsi ehtiva etdiyi üçün dərini günəşin ultrabənövşəyi şüalarından qoruyur. Qırışların və dəri sallanmasının qarşısını alır.

3. Qızıl balıq

Qızıl balıq da qırışlara çarə olan qidalardan biridir. Qızıl balıq omeqa 3 yağ turşusu ilə ən zəngin qidalardan biri hesab edilir. Omeqa 3 yağ turşuları dərini nəmləndirir, günəşin ultrabənövşəyi şüalarına qarşı qalxan vəzifəsini görür. Həftədə ən az iki dəfə qızıl balıq yeyərək qırışlarla mübarizə apara bilərsiniz.

4. Tut, böyürtkən, çiyələk, göyəm

Bu meyvələrin hər birində “flavonoid” adlı maddə var. Həmin maddə dəri toxumalarını gücləndirir, dərialtı xırda damarları qoruyur. Qan dövranını yaxşılaşdıran bu meyvələr dərinin yaşlanmasının qarşını almaqda çox təsirlidir. Antioksidantlarla zəngin olduqları üçün qırışların qarşısını alırlar. Bu meyvələrin təsirini artırmaq üçün onları yarım kasa qatıqla yemək məsləhətdir.

5. Yaşıl çay

Həm sağlam, həm də gözəl qalmaq üçün ən təsirli vasitə yaşıl çaydır. Yaşıl çayı süfrənizdən əskik etməyin. Bu yolla həm təhlükəli xəstəliklərdən qorunacaq, həm də dərinizin qayğısına qalacaqsınız. Yeməklərdən yarım saat sonra 1 stəkan yaşıl çay için.

6. Kefir

Probiotik xüsusiyyəti daşıyan kefir, sadəcə, qırışlarla deyil, həm də dəridəki qızartılarla mübarizə aparır. Qüsursuz dəriyə qovuşmaq istəyirsinizsə, gündə 1 stəkan kefir için. Gecə yatmazdan 1 saat öncə içməyiniz məsləhətdir.

7. Yumurta

Zülalla zəngin olan bütün qidalar qırışlara qarşı təsirlidir. Onlardan ən effektlisi isə yumurtadır. Yumurta həm də dəri üçün faydalı amin turşuları ehtiva edir. Hər səhər 1 ədəd yumurta yeyin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm