Yeni gözəllik cərəyanı: çılpaq dodaqlar - FOTOLAR
Bizi izləyin

Gözəllik

Yeni gözəllik cərəyanı: çılpaq dodaqlar - FOTOLAR

Gün keçdikcə makiyajda təbiilik daha da populyarlaşır.

Publika.az xəbər verir ki, payız aylarında dodaqların təbiiliyini vurğulayan dodaq boyaları xüsusi ilə aktualdır.

Makiyaj edərkən ya gözlər, ya da dodaqlar vurğulanmalıdır. İkisində də cəlbedici rənglər istifadə etdikdə yorucu təsir bağışlayır. Məsələn, təbii rəngli dodaq boyaları ağır göz makiyajı ilə çox gözəl görünür. Gözlərdəki ağır makiyaj dodağın təbiiliyi ilə birləşərək sadə gözəlliyi təcəssüm etdirir.

Gözəl görünmək üçün makiyajın sehrli gücündən istifadə edən zaman nude (dəri rəngi) rəngli dodaq boyalarının dəri rəngi ilə uzlaşmasına da fikir vermək lazımdır. Birinci növbədə öz bədəninizin dəri rəngini yaxşı bilməlisiniz.

Makiyaj etməyi sevməyən xanımlar doğru tonlarda seçilmiş açıq rəngli pomada ilə təbii gözəlliyini korlamadan onu vurğulaya biləcək. Bir sözlə, bu pomada dəbi gündəlik həyatınızda da sizə rahatlıq gətirəcək.

Buğdayı dərili xanımlar

Tünd dərili qadınlar açıq qəhvəyi, açıq çəhrayı tonlarında pomadalara üstünlük verməlidirlər.

Sarışınlar üçün təbii rəngli pomada variantları

Qırmızıya çalan, yüngül al qırmızıya oxşayan, narıncı və ya qəhvəyi rəngin açıq tonları sarışın xanımların dəri tonu üçün ən uyğun variantdır.

Ağbəniz xanımlar

Açıq dərili xanımların dodaqlarına çəhrayı tonlarında pomada çox yaraşır.

Əsmər xanımlar

Əsmər xanımlar isə açıq krem rənginə oxşayan çəhrayı tonlarına, şaftalıya yaxın yüngül narıncı pomadalara üstünlük verməlidir.

Bu il dəbdə olan təbii rəngli dodaq makiyajına aid bir neçə nümunə toplamışıq. Fotolara baxaraq məşhurların makiyajından ilham ala bilərsiniz...

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm