Sellülitin müalicəsində ən ucuz, amma ən təsirli üsul
Bizi izləyin

Gözəllik

Sellülitin müalicəsində ən ucuz, amma ən təsirli üsul

Sellülit (bud və baldır nahiyələrində əmələ gələn “portağal qabığı” görünüşü) hətta ən gənc xanımlarda da əmələ gələ bilər. Bu problem dəri və dərialtı toxumalar arasında hüceyrələrin qalınlaşması nəticəsində baş verir. Beləliklə, piy toxumalarının strukturu dəyişilir, mübadilə pozulur, qan və limfa dövranında problem yaranır. Nəticədə dəri altında mikrodüyünlər əmələ gəlir.

Sellilütdən qorunmaq üçün ilk növbədə qidalanmaya fikir vermək lazımdır. İdmanın, masajın da bu problemin həllində böyük rolu var.

Həkim İrəm Açır mütəmadi olaraq velosiped sürən insanlarda sellülit probleminin olmadığını bildirib. Onun sözlərinə görə, qadınlar səhər və axşam idmana 20 dəqiqə ayıraraq ən böyük dərdi olan sellülitdən xilas ola bilərlər.

Publika.az-ın gözəllik bölməsi İrəm Açırın tövsiyələrini təqdim edir:

Üzün, ya da yeriyin

Məşqlər sellülitin müalicəsində mühüm yer tutur. Belə ki qan dövranını artıraraq zülal tullantılarını kənarlaşdırır, əzələləri gücləndirir, yağı yandırır. 30-45 dəqiqəlik gəzinti və ya velosiped bu problemin həllində çox təsirlidir. Əzələləri möhkəmləndirən məşqlər isə müalicənin səmərəliliyini artırır.Əzələləri işlədən məşqlər hər gün tətbiq olunmalı və 15-20 dəfə təkrarlanmalıdır. Bundan başqa, təmiz havada gəzməli və nə qədər yeriyəcəyini hər bir şəxs özü müəyyənləşdirməlidir.

Sellülitlə mübarizədə ən təsirli idman gəzinti və üzgüçülükdür. Amma gimnastikanın faydası fərqlidir. Çünki gimnastikanı istənilən vaxt və yerdə, istənilən şəxs edə bilər. Əgər məşqi açıq havada edəcəksinizsə, səhər və ya axşam saatlarında etməyə üstünlük verin. Çünki çox istidə idman etmək əzələ ağrılarına səbəb ola bilər.

1. Arxası üstə uzanaraq ayaqları bir-bir qaldırıb endirin.

2. Üzü üstə uzanaraq bud əzələlərini sıxıb beş saniyə gözləyin, sonra buraxın.

3. Arxası üstə dabanınızı yerə basın. Bu vəziyyətdə budu qaldırıb beş saniyə gözləyin və buraxın.

4. Üzü üstə uzanıb bir ayağınızı yuxarı qaldırıb endirin. Eyni hərəkəti o biri ayaqla da edin.

5. Üzü üstə uzanıb bir ayağı bükərək qaldırıb-endirin.

6. Ayaq üstə barmaq ucuna qalxın və bədəninizi yuxarı qaldırıb-endirin.

7. Ayaq üstə oturaq vəziyyət alın,ayaqların arasına bir yastıq yerləşdirin. Beş saniyə yastığı ayaqlarınızla sıxıb gözləyin və buraxın.

Hovuzda edilən məşqlər sellülit müalicəsində ən təsirli üsuldur.

Ayağı düz saxlamaqla qabağa doğru hərəkət etdirin. Eyni hərəkəti digər ayaq üçün təkrar edin. Bu hərəkəti 30 dəfə olmaqla üç set təkrar edin.

Ayağınızı arxaya və önə doğru hərəkət etdirin. Eyni hərəkəti digər ayaqla da təkrar edin. Bu hərəkəti 30 dəfə olmaqla, üç set təkrar edin.

Suyun içində ayaq üstə durun və ayaqları bir-bir qarına tərəf çəkin. Bu hərəkəti 30 dəfə olmaqla 3 set təkrar edin.

Hovuzun kənarına yapışaraq ayaqlarınızı açıb bağlayın.

Sellülitdən qorunmaq üçün

Çəkinizi sabit saxlayın.

Hərəkət və idman edin.

Şirniyyatı meyvə və tərəvəzlə əvəz edin. Xüsusən, ananas, portağal, qreypfrut, qarpız, pomidor, qara üzüm, manqo və yaşıl alma yeyin.

Duz, şəkər, spirt, siqaret, tünd çay, qəhvə, şokolad, qızartma və undan uzaq durun.

Masaj, isti-soyuq duş və sauna faydalıdır.

Ananas və balıq yeyin.

Yeməkləri zeytun yağı ilə bişirin.

Daha çox soba və ya buğlama üsulları ilə bişmiş xörəklərə üstünlük verin.

Yaşıl çay və bitki çayları için.

Hər gün 1.5 və ya 2 litr su için.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm