• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Dəri qocalmasına qarşı təbii qalxan

Dəri qocalmasına qarşı təbii qalxan

Türkiyənin tanınmış dermatoloqu Ata Nejat adaçayı və banandan hazırlanan maska reseptini verib. Onun sözlərinə görə, banan və maska dərinin qocalma prosesini ləngitmək üçün ən təsirli və təbii vasitələrdir.

Publika.az dermatoloqun açıqlamasını təqdim edir:

O, "Müasir dövrün qadınları hər yaşda gənc və gözəl görünmək istəyirlər. Təəssüf ki, bu yolda atılan addımlar hər zaman uğurlu alınmır. Dərinin cavan qalması üçün birinci növbədə onu nəmləndirmək və hər gün 1.5-2 litr su içmək lazımdır. Dərinin qidalanması üçün mövsümdən asılı olmayaraq, su içmək şərtdir. Çünki nəm olmayan dəri tez quruyur və qırışların yaranması üçün münbit şərait yaranır”, – deyə bildirib.

Yorğun və yuxusuzluq nəticəsində insan özündən asılı olmayaraq, gözlərini ovuşdurur. Dermatoloq vurğulayıb ki, gözətrafı dəri ən həssas və nazik bölgə olduğu üçün onu ovuşdurmaq xətlərin yaranmasına səbəb olur. Olduğunuzdan yaşlı görünmək istəmirsinizsə, bu kimi vərdişləri tərgitməyiniz tövsiyə olunur.

Gözəllik mütəxəssisi bildirib ki, adaçayı dərinin ümumi görünüşünü bərpa edir: “Bu bitki dəri üçün faydalı olan kalsium mineralları və A vitamini baxımından zəngindir. Bu xüsusiyyəti ilə yeni dəri hüceyrəsinin əmələ gəlməsinə kömək edir, mövcud hüceyrələri qoruyaraq qırışların əmələgəlmə prosesini ləngidir, dərini infeksiyalara qarşı qoruyur, o cümlədən klimaks dövründə dərinin qocalma sürətini ləngidir. Civzələrin müalicəsi üçün bir neçə adaçayı yarpağını qaynatdıqdan sonra suyunu soyudub üzünüzü yuyarkən istifadə edə bilərsiniz. Adaçayı civzəli dərilər üçün təsirli bir sakitləşdiricidir. Bu bitki qızartı yaradan dəri xəstəliklərinə də müsbət təsir edir. Kəpək problemi olan saç dərisinə adaçayı yağı ilə nizamlı olaraq masaj etmək kəpəyin meydana gəlməsini əhəmiyyətli dərəcədə azaldır. Bundan başqa şampununuza bir neçə damcı adaçayı əlavə edərək kəpəyin müalicəsində istifadə edə bilərsiniz”.

Adaçayı maskası

Xatırladaq ki, banan dəri gözəlliyi üçün möhtəşəm meyvədir. Əzilmiş bananı adaçayı dəmləməsi ilə qarışdırın və üzünüzə bu qarışığı sürtün. 30 dəqiqə saxlayın. Bu maska üzünüzü nəmləndirəcək, bəsləyəcək və yumşaldacaq.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR