Payızın qeyri-adi yeniliyi: saç üçün döymələr - FOTOLAR
Bizi izləyin

Gözəllik

Payızın qeyri-adi yeniliyi: saç üçün döymələr - FOTOLAR

Ötən yay bədənin müxtəlif hissələri üçün müvəqqəti qızılı və gümüşü döymələr dəbdə idi.

Publika.az xəbər verir ki, döymələr payızın da dəbi olacaq. Qeyri-adi yeniliklərindən biri də saç döymələridir.

Döymələri saçlarda necə tətbiq etmək olar?

Döyməni saça yapışdırmaq kifayət qədər sadədir. Belə ki, saçlarda da eyni texnika ilə istifadə olunan döymənin şəklini qoruyucu kağızdan ehtiyatla çıxarıb saçın seçilmiş hissəsinə yapışdırmaq lazımdır. Nəm dəsmal və ya süngər ilə üstündən basın. Döymə tam yapışana qədər gözləyin. Təxminən 20-30 saniyəyə yapışacaq. Sonra kağızı ehtiyatla götürün.

Qeyd edək ki, döymələr yalnız hamar və səliqəli saçlar üçün uyğundur. Döyməni saçdan çıxarmaq üçün xüsusi heç nəyə ehtiyac yoxdur, saçları şampunla yuduqda döymə təmizlənəcək.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm