Saçlarınız qışa hazırdırmı? – FOTOLAR
Bizi izləyin

Gözəllik

Saçlarınız qışa hazırdırmı? – FOTOLAR

Qış yaxınlaşdıqca hazırlıq işləri də yekunlaşır. Kimi qış üçün qarderobuna yeni geyimlər, aksessuarlar əlavə edir, kimi də qış trendlərinə uyğun kosmetik vasitələr alır, kimisi də saçlarının rəngini dəyişir. Siz də mövsümə uyğun saç trendlərini izləyənlərdənsinizsə, Publika.az-ın məsləhətlərinə qulaq asın.

“Bronde” saç

Yayın ən sevilən trendi sayılan “Bronde” saç rəngi qışda da öz aktuallığını qoruyacaq. Qəhvəyi ilə sarının qarışıq çaları olan bu rəng buğdayı dəri rənginə sahib olanlara çox yaraşır. Ağ dərili xanımlar bu saç rənginə qəti müraciət etməsinlər.

Sarı

Mövsümün ən dəbli saç rəngi sarı olacaq. Təbii sarışınlar saçların arasına qızılı balyaj etdirə bilərlər. Əgər saçlarınız qaradırsa, sarıya boyamayın. Bunun əvəzinə sizə daha uyğun saç rənglərinə müraciət edin.

Bal rəngi

Mövsümün diqqətçəkici saç çalarlarından biri də baldır. Bu rəngi tək istifadə etməklə yanaşı, saçların arasına parlaq platin rəngli balyaj da etdirmək olar.

Mis və şabalıd

Misə çalan şabalıdı rəng qış fəslinin digər trendidir. Dəb ilahəsi Rihanna sayəsində məşhurlaşan bu rəng çox qulluq tələb etdiyi üçün istifadəçisi azdır.

Şampan çalarları

Şampan rəngi də bu il olduqca populyardır. Ancaq daha iddialı görünmək istəyənlər “strawberry blonde” adlandırılan, içində xəfif qırmızılıq olan rəngi də seçə bilərlər. İstəsəniz, darçın rənginə də müraciət edə bilərsiniz.

Təbii torpaq çalarları

Saçlarının təbii çalarlarda olmasını istəyənlər isə 2016-cı ildə qəhvəyi və qara rənglərin dəbdə olacağını nəzərə alaraq daha tünd çalarlara üstünlük verə bilərlər.

İlham almağınız üçün saçlarını qış trendlərinə uyğun boyadan ulduzların fotolarını təqdim edirik:

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm