Hollivud gözəllərindən arıq qalma sirləri – FOTOLAR
Bizi izləyin

Gözəllik

Hollivud gözəllərindən arıq qalma sirləri – FOTOLAR

Publika.az dünya ulduzlarının ən məşhur və effektiv pəhrizlərinin reseptlərini təqdim edir.

Publika.az dünya ulduzlarının ən məşhur və effektiv pəhrizlərinin reseptlərini təqdim edir.

Cennifer Eniston

Aktrisa şəkər, düyü, kartof və çörəkdən tamamilə imtina edib. Cennifer az-az, lakin tez-tez qidalanmağın tərəfdarıdır. Hər qida qəbulu zamanı o, 40 faiz zülal, 30 faiz karbohidrat və 30 faiz yağ qəbul edir.

Cenniferin birgünlük pəhrizi:

Səhər yeməyi: Hind pendiri ilə omlet

Nahar: Toyuq filesi ilə təzə tərəvəz salatı

Şam yeməyi: Qaynadılmış mal əti ilə yaşıl lobya şorbası, avokado və pomidor salatı

Rihanna pəhrizi

Rihanna 3-4 saatdan bir yeyir. Ətdən tamamilə imtina edən müğənni balıq və dəniz məhsullarına üstünlük verir, meyvə və tərəvəz həvəskarıdır, undan hazırlanmış xörəkləri isə yemir.

Rihannanın birgünlük pəhrizi:

Səhər yeməyi: Suda bişmiş yumurta, bir stəkan limonlu su

İkinci səhər yeməyi: Meyvə, yaşıl çay ilə bal

Nahar: Ağ balıq filesi ilə kartof püresi və tərəvəz

Günorta yeməyi: Dəniz məhsulları və tərəvəzlərdən hazırlanan salat

Şam yeməyi: File və ya qırmızı balıq steyki (qarniri olmadan)

Enn Heteuey

Ennin qidalanma sistemini onun şəxsi diyetoloqu Ceki Keller hazırlayıb. Aktrisanın gündəlik qidalanma rasionu1500-1800 kalori təşkil edir. Enn vegetarian olduğu üçün pəhrizə riayət etməkdə çətinlik çəkmir.

Ennin birgünlük pəhrizi:

Səhər yeməyindən əvvəl: Təzə sıxılmış tərəvəz suyu və ya smuzi

Səhər yeməyi: Yulaf sıyığı və ya kinoa.

Səhər yeməyindən 1 saat sonra: Avokado ilə göyərti lavaşı

Nahar: Əriştə və ya lobya şorbası

Nahardan 1 saat sonra: Enerji verən şokolad

Şam yeməyi: Tərəvəz salatı

Şam yeməyindən sonra: Meyvə

Culiya Roberts

Culiya Roberts qızıl balığı çox sevir. Bu səbəbdən, qızıl balıq pəhrizinə böyük məmnuniyyətlə əməl edir. Xüsusi vurğulamaq lazımdır ki, bu pəhriz saçların, dırnaqların və dərinin vəziyyətini yaxşılaşdırır.

Culiyanın birgünlük pəhrizi:

Səhər yeməyindən əvvəl: Bir stəkan limonlu su

Səhər yeməyi: Qızılbalıqla omlet

Nahar: Bir-iki tikə qızıl balıq

Günorta yeməyi: Yaşıl alma və fındıq.

Şam yeməyi: Təzə tərəvəz və qızılbalıq steyki

Miranda Kerr

Miranda Kerr Ceyms Dadamonun hazırladığı qan qrupuna görə qidalanma sistemini dəstəkləyir. Birinci qan qrupu ətə üstünlük verməli, ikinci qan qrupu isə əksinə, ətdən imtina etməlidir. Üçüncü qan qrupu öz qida rasionunda süd məhsullarını əsas götürməli, dördüncü qan qrupundan olanlar isə xüsusi seçilmiş qidalara üstünlük verməlidir. Onu da qeyd edək ki, Miranda ikinci qan qrupuna aiddir.

Adriana Lima pəhrizi

Adriana Lima kofein və alkoqol, duz və şəkər, un məmulatları və yarımfabrikatlardan tamamilə uzaqdır. Gündə 5-6 dəfə, lakin az-az qidalanır, çoxlu su içir.

Səhər yeməyi: Kişmiş, təzə, yağsız yoqurt, şəkərsiz qəhvə

Nahar: Tərəvəz, yağsız ət və ya balıq

Şam yeməyi: Meyvə və ya yaşıl tərəvəz salatı

Şam yeməyindən sonra: Bir az bal və ya turş meyvələr

Uma Turman pəhrizi

Uma Turman, demək olar ki, hər zaman qeyri-adi pəhrizlər saxlayır. Aktrisanın pəhrizinin əsas hissəsini şirniyyatlar təşkil edir. Ona görə də, bu pəhriz şirniyyat sevənlərin xüsusi ilə xoşuna gəlir. O, tünd şokolad, pudinq və dondurma yeyir. Lakin onların yağsız olması şərtdir. Diyetoloqlar bildirir ki, həmin pəhrizi 5 gündən artıq saxlamağa dəyməz.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm