Bu hərəkət qızların bədən quruluşunu qum saatı formasına salır
Bizi izləyin

Gözəllik

Bu hərəkət qızların bədən quruluşunu qum saatı formasına salır

Möhkəm və elastik budlara sahib olmağın bir çox böyük üstünlükləri var. Bud hissələri möhkəm olanda cins şalvar və şortiklər yaxşı yaraşır. Körpü hərəkəti bud əzələlərini gücləndirməyin ən yaxşı üsullarından biridir.

Möhkəm və elastik budlara sahib olmağın bir çox böyük üstünlükləri var. Bud hissələri möhkəm olanda cins şalvar və şortiklər yaxşı yaraşır. Körpü hərəkəti bud əzələlərini gücləndirməyin ən yaxşı üsullarından biridir.

Publika.az bu yazıda körpü hərəkətinin faydalarını izah edib.

Bu hərəkəti hər gün etmək üçün 5 səbəb:

1. Ayaqlarda və beldə ağrıların azalması

Çoxları ayaq əzələlərinə laqeyd yanaşırlar. Bu zaman ayaqlarda və beldə ağrılar yaranmağa başlayır. Xüsusi ilə, oturaq işdə çalışan insanlarda bu ağrılar getdikcə daha da şiddətlənir və intensivləşir. Körpü hərəkəti ayaqların arxa hissəsinin əzələlərini hərəkət etdirdiyindən əzələləri gücləndirib ağrıları aradan qaldırır.

2. Sürətlə yeriməyə kömək edir

Bu hərəkət bud əzələlərini möhkəmləndirdiyi üçün daha sürətli qaçmağa və tullanmağa imkan verir. Dolayısı ilə daha çevik hərəkət edib, daha az yorulacaqsınız.

3. Geyim üzərinizdə daha yaxşı görünəcək

Möhkəm ayaq əzələləri istənilən halda mükəmməl görünür. Ona görə də dar və qısa geyimlərin əyninizdə gözəl görünməsinə kömək edəcək. Körpü hərəkəti yüksək nəticə əldə etməyinizə imkan verəcək.

4. Qarın əzələlərini gücləndirir

Bu hərəkət bütün qarın əzələlərini hərəkətə gətirərək qarın nahiyəsinin düzləşməsinə, güclü əzələlərin yaranmasına və orqanizmin qum saatı şəklini almasına kömək edir.

5. Qamət düzləşir

Uzun müddət ayaqüstə hərəkətsiz dayandıqda, ayaqlara böyük yük düşür. Körpü hərəkəti isə bud əzələlərini möhkəmləndirir, qaməti düzləşdirir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm