Gözəllik
Yaşıl çay yağı ilə necə gözəlləşmək olar?
Yaşıl çayın sağlamlıq üçün çox faydalı olduğunu artıq bilməyən yoxdur. Yeni aparılan araşdırmalar göstərib ki, yaşıl çayın yağı da ən az çayı qədər faydalıdır. Yaşıl çay yağından sağlamlıqdan çox, gözəllik sahələrində istifadə edilir.
Publika.az bu yağın faydalarını təqdim edir:
Yaşıl çay yağı dərinin nəmlənməsini təmin edir, qırışları azaldır, sızanaqların meydana gəlməsinin qarşısını alır. Antioksidantlarla zəngin olduğu üçün dərinin yenilənməsini təmin edir. Dərinin qüsursuz görünməsinə səbəb olur. Aromaterapiya və masaj üçün istifadə edilən təbii yağlardan biridir. Eyni zamanda, stress səbəbi ilə baş verən xroniki yorğunluq, əzələ ağrıları zamanı da təsirlidir.
Hava çirkliliyi, stress, günəş şüaları kimi mənfi faktorların dəri üzərindəki təsirini yüngülləşdirir.
Həddindən artıq yağlı və ya quru dərilərdə nəm nisbətini balanslaşdıraraq dərini yumşaldır. Dəriniz sızanağa meyillidirsə, yaşıl çay yağı sızanağa səbəb olan bakteriyaları azaldacaq.
Bu yağ saçlar üçün də faydalıdır. Saç dərisinin yağdan təmizləmək və nəmləndirmək üçün ondan istifadə etmək olar. Maraqlıdır ki, yaşıl çay yağı saç dərisinin yağlılığını azaldır.
Ləman Sultan
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO