Hansı tuş fırçası kirpiklərinizə uyğundur?
Bizi izləyin

Gözəllik

Hansı tuş fırçası kirpiklərinizə uyğundur?

Makiyaj etməyi sevən xanımları ən çox düşündürən mövzulardan biri də kirpiklərə uyğun tuşu tapmaqdır. Çünki bir çox brend müxtəlif fırçalara malik olan tuşlar istehsal edir. Çox az qadın bu fırçaların funksiyalarından xəbərdardır.

Publika.az tuş fırçalarının funksiyalarını araşdırıb:

Qalın və sıx tükləri olan fırça

Tuşlarda ən çox belə klassik fırçalara rast gəlirik. Belə fırça kirpikləri daha həcmli göstərir. Xüsusilə də, nazik və seyrək tükləri olan kirpiklər üçün idealdır.

Uzun və incə fırça

Belə fırça kirpikləri daha uzun göstərmək məqsədi daşıyır və tuşun kirpiklərdə toplanmasının qarşısını alır.

Əyri fırça

Qıvrım kirpiklərə qovuşmaq istəyirsinizsə, sizin üçün ən ideal fırça modeli budur. Suyadavamlı tuş seçsəniz, daha yaxşı olar. Belə halda kirpikləriniz bütün gün qıvrım formada qalacaq.

Yumru fırçalar

Bu qeyri-adi fırça kirpikləri tək-tək ayırmağa kömək edir. Gözlərin kənarında qalan kirpiklərin də qüsursuz görünməyini istəyirsinizsə, belə fırçaya üstünlük verə bilərsiniz. Yumru fırçanın tək mənfi tərəfi isə tuş çəkərkən 2 qat çox vaxtınızı almasıdır.

Seyrək tüklü fırça

Belə fırça ilə kirpikləri həm uzun, həm həcmli, həm də qıvrım göstərmək mümkündür. Bir tuş ilə 3 effekti də əldə etmək istəyirsinizsə, belə fırçaya üstünlük verməlisiniz.

Kiçik fırça

Digər tuşlar alt kirpikləri formaya sala bilmir. Kiçik və qısa fırçalı tuş məhz bu problemi aradan qaldırmaq üçün istehsal edilib.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm