• USD 1,7008 0,00% EUR 1,9988 +0,13%
    • GBP 2,1901 -0,11% RUB 0,0288 +0,35%

Toyda hamıdan gözəl olmaq istəyirsinizsə, oxuyun!

Toyda hamıdan gözəl olmaq istəyirsinizsə, oxuyun!

Türkiyəli diyetoloq Əmrə Uzun toya hazırlaşan gənc qızlar üçün düzgün qidalanma normalarından danışıb. Bu məsləhətlərdən təkcə gəlin namizədləri deyil, toyda iştirak etməli olan hər kəs faydalana bilər.

Publika.az-ın təqdim etdiyi məsləhətlər sayəsində 10 gündə toyun ən gözəli olmaq mümkündür.

1.Gün ərzində adi su əvəzinə limon, nanə, zəncəfil və ya darçınla dadlandırılmış su için.

2.Əsas yeməklərin arasında qəlyanaltı etməyi yaddan çıxarmayın.

3.Yaşıl çay için. Gündə 2-3 fincan yaşıl çay içərək yağlarınızı əridə bilərsiniz.

4.Ürəyiniz şirniyyat istəyəndə tünd şokolad yeyin.

5.Göyəm, qara tut, moruq və böyürtkən yeyin. Bu meyvələr güclü antioksidant hesab edilirlər və maddələr mübadiləsini sürətləndirirlər.

6.İdeal çəkiyə gedən yol sağlam həzm sistemindən keçir. Kefir kimi bol miqdarda probiotik ehtiva edən içkilərlə həzm sisteminizi gücləndirin.

7.Çəki atdıqda dəri sallana bilər. Bunun qarşısını almaq üçün idmanla məşğul olun. Plates və yoqa isə ən ideal seçimdir.

8.Ödəm və şişkinlikdən xilas olmaq üçün mixək, hil kimi ədviyyatları çaya əlavə edərək için.

9.Sağlam və gözəl dəri üçün gündə ən az 4 növ meyvə yeyin. Ancaq az kalorili meyvələri seçin.

Ləman Sultan

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>