Qüsurları örtən süni dəri icad olundu
Bizi izləyin

Gözəllik

Qüsurları örtən süni dəri icad olundu

Dünya alimləri süni dəri icad ediblər. Publika.az xəbər verir ki, alimlərin “ikinci dəri” adlandırdıqları gözəllik vasitəsi polimer materialdan hazırlanıb. Bu dəri qırışları və digər qüsurları aradan qaldırır.

Hətta süni dərinin üz gərmə əməliyyatı ilə eyni effekti verdiyi deyilir. Elm adamları bu texnologiyanın gələcəkdə daha da inkişaf etdirilərək eqzema kimi dəri problemlərinə çarə olacağını bildirirlər.

“XPL” adı verilən bu polimer maddə öz qabında maye halında olur. Buna görə də, dəriyə çəkəndə üz quruluşuna uyğun forma alır. Daha sonra üzərinə xüsusi krem çəkilir. Bundan sonra süni dəri hazır olur.

300 nəfərin iştirakı ilə testdən keçən icad yaxında satışda olacaq.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm