Kann trendi: Təbii makiyaj – FOTOLAR
Bizi izləyin

Gözəllik

Kann trendi: Təbii makiyaj – FOTOLAR

Kann Film Festivalında iştirak edən dünya ulduzlarının aksessuarları, saç düzümü, makiyajı, hətta manikürünə qədər hər xırda detal müzakirə mövzusu olur.

Publika.az xəbər verir ki, bu ilki Kann Film Festivalında ulduzlar daha çox təbii makiyaja üstünlük verməsi ilə diqqət çəkib.

Belə görünür ki, tanınmış aktrisa və modellər ağır makiyajı tarixə salmaq, təbii makiyajı isə dəbə gətirmək niyyətindədir. Məsələn, qırmızı xalıya çıxan ulduzların əksəriyyəti süni kirpiklər və dumanlı göz makiyajından imtina edib, əvəzində təravətli və təbii görünən makiyajı seçiblər. Onlar həmçinin göz və dodaqların eyni anda rənglərin hücumuna məruz qalmasına yol verməyib. Qızıl qaydanı yadda saxlayın ki, makiyaj zamanı siz ya gözləriniz, ya da dodaqlarınızı vurğulamalısınız. Balans qorunmalıdır.

Təbii makiyaj necə olmalıdır?

Dərinin təravətli görünməsi üçün tonal kremi seçərkən diqqətli olun. Tünd dəriyə sahib olmaq istəsəniz belə tonal krem öz dərinizdən çox fərqlənməli deyil. Bu zaman üzünüz çirkli və səliqəsiz görünəcək. Konsiler isə tonal kremin rəngindən bir ton açıq olmalıdır, daha açıq olduqda, üzünüzdə xoşagəlməz ton fərqi nəzərə çarpacaq.

Qaşlarınızı vaxtaşırı səliqəyə salın. Makiyaj etdikdən sonra qaşınızın içindəki boşluqları xüsusi qaş qələmi ilə doldurmağa çalışın. Unutmayın ki, qaşlarınız saçınızın rəngində olanda daha təbii görünür. Qələm seçərkən də bu məqama diqqət yetirin.

Gözlər qadının ən güclü silahıdır desək, yanılmarıq. Gözlərinizi açıq göz kölgələri ilə vurğulayın. Göz qapaqlarınızda maksimum dərəcədə neytral tonlardan istifadə edin. Gözlərinizin yorğun görünməməsi üçün çox tünd rənglərdən istifadə etməyin.

Makiyajın növbəti vacib ştrixi ənlikdir. Bej və ya açıq çəhrayı ənlik təbii effekt yaratmaq üçün ən uğurlu seçimdir.

Makiyajı təbii olsa da, dodaqları vurğulamadan bunu yaxşı edə bilmərik. Dodaq boyası və ya parıltısının neytral rənglərdə olmasına çalışın və pomadını dodağınıza barmağınızla vurun. Bu halda daha təbii görünüş əldə etmiş olacaqsınız.

Biz indiyədək festivalda iştirak edən Hollivud gözəllərinin ən yaxşı saç və makiyajlarını toplamışıq.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm