• USD 1,7001 0,00% EUR 2,0032 0,00%
    • GBP 2,2846 0,00% RUB 0,0289 0,00%

Sizə ən uyğun bob saç modeli hansıdır? – FOTOLAR

Sizə ən uyğun bob saç modeli hansıdır? – FOTOLAR

Yay aylarında bir çox xanım qısa saçlara üstünlük verir. Çünki qısa saça həm qulluq etmək, həm də forma vermək asandır. Odur ki, bu yay hələ də populyarlığını qoruyan bob saç modellərinə şans vermək olar.

Publika.az özünüzə ən uyğun olanını tapmağınız üçün ən dəbli bob modellərini təqdim edir:

Qat-qat bob

Stil sahibi bir qadın kimi görünmək istəyirsinizsə, qat-qat kəsilmiş bob modelini seçməlisiniz. Ancaq saç ustanız sizin üçün ən ideal uzunluğu müəyyənləşdirməyi bacarmalıdır.

Qatlı bob saça asanlıqla forma vermək mümkündür.

Dalğalı bob

Buruq saçlara sahib olanlar bu modelə üstünlük verə bilərlər. Cennifer Lopezin “Ain`t your mama” mahnısına çəkdiyi yeni klipində də bu saç modelinə müraciət etdiyini unutmayın.

Kəkilli bob

Alın nahiyəniz çox genişdirsə, kəkilli bob modelini seçə bilərsiniz. “Bozun əlli çaları” filminin ulduzu Dakota Consonun da sevimli saç modeli olan kəkilli bob bu yay gözəlliyinizə rəng qatar.

Ləman Sultan

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>