Gözəllik
Üzünə acı bibər maskası çəkdi və...
Roşelle adlı gözəllik bloggeri üz dərisinin cavan qalması üçün acı bibər maskasını tətbiq etdiyini deyib. Onun sözlərinə görə, acı bibər maskasının faydalarını qədim gözəllik rituallarını araşdıran zaman tapıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Roşelle acı bibərin dərisinə çox yaxşı təsir etdiyini deyib: “Qədim dövrlərdə istifadə olunan gözəllik üsullarını araşdırırdım və acı bibərə rastladım. Tərəddüd etsəm də, rəfiqəmlə birlikdə bu maskanı hazırlamağa qərar verdik. Nəticə bizi sözün əsl mənasında heyrətləndirdi”.
Roşelle hesab edir ki, bu maska dərinin qan dövranını sürətləndirir və ona tərəvət bəxş edir. Maskanın tərkibindəki antioksidantlar kollagen istehsalına təkan verir. Beləliklə də qırışları, dəridəki rəng fərqini və sızanaq izlərini yox edir.
Acı bibər maskası
Ərzaqlar:
1,5 stəkan yağlı süd
1 qaşıq limon suyu
Bir az acı bibər
1/4 qaşıq darçın
1/2 qaşıq bal
Hazırlanması:
Süd qaynamazdan əvvəl limon suyunu əlavə edin. Qaynayanda südün qaymağını ayırın və qarışdırın. Soyuducuda soyuyana qədər saxlayın. İçinə acı bibər, darçın və bal töküb yaxşıca qarışdırın. Göz və digər həssas bölgələr xaric olmaqla üzə tətbiq edin. Maskanı üzdə quruyana qədər 30 dəqiqə saxlayıb yuyun.
Roşelle maskanı yuduqdan sonra dərinin bir az yanmasını normal adlandırıb. Ancaq dözə bilməyənlərə onu dərhal yumağı məsləhət görüb. 22 yaşlı gözəllik bloggerinin bu iddiasını nə dəstəkləyən, nə də qarşı çıxan var. Özü isə acı bibər maskası sayəsində dərisinin heç vaxt olmadığı qədər parladığını deyib.
Aytən
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB