Şampuna şəkər əlavə etsəniz...
Bizi izləyin

Gözəllik

Şampuna şəkər əlavə etsəniz...

Şampuna şəkər əlavə etsəniz...

Şəkərin zərərlərini hamımız bilirik, ancaq alimlər şəkərin heç kəsin bilmədiyi faydasını aşkar edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, amerikalı dermatoloq Françeska Fusko şampuna şəkər əlavə etməyi təklif edib. Həkimin sözlərinə görə, şampuna şəkər əlavə etdikdə saçlar daha təmiz və daha sağlam olur.

Şampuana şeker ekleyin

O, bildirib ki, 1 qaşıq şəkər əlavə edilmiş şampunu saç dərisinə yumşaq masaj edərək vurmaq lazımdır. F.Fusko şəkərin faydasını belə izah edib:

"Şəkər saç dərisindəki yapışqan maddələri təmizləməklə kifayətlənmir, eyni zamanda ölü dəri hüceyrələrini aradan qaldıraraq baxım məhsullarının saça daha təsirli şəkildə nüfuz etməsini təmin edir. Nəticə etibarilə həm saçlarınız daha yaxşı təmizlənir, həm də daha yaxşı nəmlənir".

Dermatoloq onu da bildirib ki, şəkəri yalnız nəmləndirici şampuanla qarışdırmaq lazımdır. Bundan başqa, bu üsulu 4 yumadan bir tətbiq etməyi məsləhət görüb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm