Kişilərin ağlını başından alan RUS GÖZƏLLƏRİ - FOTOLAR
Bizi izləyin

Gözəllik

Kişilərin ağlını başından alan RUS GÖZƏLLƏRİ - FOTOLAR

Öldürücü gözəllər...

XX əsr təkcə texnika əsrinin başlanğıcı deyil. Bu əsrdə ümumilikdə bəşəriyyətin dünyaya baxışı dəyişdi. Dəb, gözəllik, adət-ənənə… dəyişikliyə məruz qalanların başında yer aldı. Artıq qadınların hüquqlarının bərpası onları nəinki bir sıra biznes sahələrinə sızdırdı, həm də gözəlliklərini cəsarətlə nümayiş etməyə başladılar. 1927-1939-cu illərdə Fransa paytaxtında keçirilən gözəllik müsabiqələri dünyanın diqqətini özünə çəkirdi.

Onların arasında gözəllikləri ilə dünyaya səs salan mühacir rus qızları üstünlük təşkil edirdi. Təsəvvür edin: həmin illərdə gözəllik müsabiqəsinin münsifində İvan Bunin və Aleksandr Kuprin kimi böyük yazıçılar əyləşirdi! Amma Rusiyanın özündə, xüsusən də xalq arasında qadının hamının arasında gözəl elan olunması ayıb sayılırdı. Ona görə də gözəllik müsabiqələrində ya elit ailələrin qzıları, ya da fahişələr iştirak edirdilər.

Sonralar müharibə illərində heç kim gözəllik müsabiqəsinin hayında deyildi. II Dünya Müharibəsindən sonra Fransa özünə çətin gəlmişdi, amma bir müddət sonra yenidən yarışmanı təşkil etdi. Lakin rus qızlarına müsabiqəyə qatılmağa imkan vermirdilər. Rus gözəllərinin isə özünə qapılmaqdan başqa çarəsi qalmadı. Yalnız Sovet İttifaqının süqutuna yaxın, Yenidənqurma zamanı qərbə inteqrasiya prosesi başladı. İlk gözəllik müsabiqəsi isə 1989-cu ildə baş tutdu.

Hazırda isə dünyada olduğu kimi Rusiya da ən gözəl qızını seçir. Publika.az XXI əsrin müxtəlif illərində “Miss Rossiya” adı almış gözəlləri təqdim edir:

1. Oksana Fyodorova -2001

2. Viktoriya Lopıreva -2003

3. Diana Zaripova – 2005

4. Kseniya Suxinova – 2007

5. Sofiya Rudyeva – 2009

6. Natalya Qantimurova – 2011

7. Elmira Abdurrazakova – 2013

8. Yana Dobrovolskaya – 2016

Oxumağa davam et
Reklam
Reklam

Gündəm