Bu üsulla üzünüzə qırış düşməyəcək!
Bizi izləyin

Gözəllik

Bu üsulla üzünüzə qırış düşməyəcək!

Abxyanqa isti yağların köməyi ilə həyata keçirilən qədim masaj növüdür. Bu masajın heç bir əks təsiri yoxdur. Masaj orqanizmə xüsusi seçilmiş efir yağıları və müalicəvi otlar sayəsində şəfalı təsir göstərir, dərini cavanlaşdırır, daxili orqanların işini yaxşılaşdırır və ümumi sağlamlığa çox müsbət təsir edir.

Publika.az xəbər verir ki, şərqdə hesab edirlər ki, bu sirli prosedurlar həyat keyfiyyətini artırır, enerji səviyyəsini bərpa edir. Belə masaj dərini dərindən qidanlandırdığı üçün cavanlaşdırır, şlaklar və zəhərli elementləri aradan qaldırır, yuxunu normallaşdırır, sinir sistemini möhkəmləndirir, bədəni gümrahlandırır və orqanizmi tonusa gətirir.

Bu prosedurun əsas üstünlüklərindən biri - onun ev şəraitində həyata keçirilməsidir. Bunun üçün yağ seçiminə diqqət etməli və texnikanı öyrənmək lazımdır. Xoşbəxtlikdən bu, heç də çətin deyil.

Ümumiyyətlə, abxyanqa adi massaj deyil, o, öz bədəninə qayğı və məhəbbətini ifadə etmək üçün gözəllik ayinidir. Odur ki, nə qədər xüsusi ab-hava yaratsanız, nəticə o qədər uğurlu olacaq. Həftədə ən azı bir dəfə masaj etmək lazımdır, sözsüz ki, hər gün etsəniz, daha yaxşı nəticə əldə edəcəksiniz.

Proseduru istənilən vaxt yerinə yetirmək olar. Hər bir nöqtəni saat əqrəbi istiqamətində 20-30 saniyə ərzində, dairəvi hərəkətlərlə masaj edin. Başqa göstəriş yoxdursa, orta barmaqla işləyin.

1. Çənənin mərkəzi hissəsini masaj etmək nəinki qırışların qarşısını alır, həm də zökəmdən qoruyur.

2. Ağız guşələri.

3. Üst dodaq və burnu arasında mərkəz hissə.

4. Burun pərdələrinin masajı isə nazik bağırsaq üçün faydalıdır.

5. Almacıq sümüklərinin mərkəzi hissəsinə basın və nöqtləri masaj edin.

6. Almacıq sümüklərindən bir qədər yuxarı, göz kənarlarını adsız barmaqla ehtiyatla sıxın. Ovuşdurmayın.

7. Qaşların daxili guşlərini aşağıdan yuxarıya və burnun üst hissəsini böyük barmaqla basın. Sonra hər iki qaşı arabir böyük və şəhadət barmaqlarla dartın və daxili guşələrdən xaricə doğru irəliləyin. Təkrar edin. Bu fəndin düzgün yerinə yetirilməsi zamanı qıcıq yarada bilər, bu da yığılmış gərginliyin aradan qaldırıldığını göstərir. Masaj baş ağrıları və sidik kisəsi problemlərinin müalicəsində kömək edir.

8. Tac çakra və ya "Üçüncü göz" adlandırlan alnı hər iki əllə irəli-geri hərəkətlərlə masaj edin.

Yağı necə seçməli?

Yağ seçimi insan konstitusiyasına (doşi - sanskrit sözü olub, hərfi mənada "səhv", "qüsur" deməkdir): Vatı, Pitti və Kapxiyə əsaslanaraq edilir. Əgər hansının sizdə üstünlük təşkil etdiyini bilmirsinizsə, onda bunu ayurverda ("Yu" və "veda" "- uzun həyat bilgisi, elm həyatı, ya da alternativ və ənənəvi hind təbabəti növlərindən biridir) vasitəsilə müəyyən etməyə çalışın, amma yaxşı ayurverda üzrə yaxşı mütəxəssisə müraciət edin.

Abxyanqa orqanizmin günə sevinclə başlaması üçün əla vərdişdir. O, təkcə dərini təravətləndirmir, eyni zamanda əhvalı pozitivə kökləyir. Maddələr mübadiləsini sürətləndirir, zehni sakitləşdirməyə kömək edir. Bütün gün boyu sizə sabitlik və emosional tarazlığı təmin etməyə kömək edir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm