Çiy qidalar dərini gözəlləşdirir
Bizi izləyin

Gözəllik

Çiy qidalar dərini gözəlləşdirir

Çiy tərəvəzlərin qidalanmada bir çox faydaları olduğu deyilir. Bu məlumatların birində qeyd olunur ki, “Tərəvəzləri az bişirmək, onun qida dəyərinə və keyfiyyətinə təsir göstərdiyi üçün faydalıdır”.

Çiy tərəvəzlərin qidalanmada bir çox faydaları olduğu deyilir. Bu məlumatların birində qeyd olunur ki, “Tərəvəzləri az bişirmək, onun qida dəyərinə və keyfiyyətinə təsir göstərdiyi üçün xüsusi ilə faydalıdır”.

Çiy qidalanmanın insan orqanizmi üçün bir çox faydaları var.

Publika.az “mynet.com” saytına istinadən xəbər verir ki, bütün tərəvəzlər, otlar, meyvələr, taxıl bitkiləri, paxlalılar, meyvə quruları, göyərti və dəniz bitkiləri müxtəlif ferment, vitamin və minerallar baxımından çox zəngin olduqları üçün bədənimiz tərəfindən asan həzm olunur. Araşdırmalarda çiy qidaların artıq çəkiyə səbəb olmadığı da öz əksini tapıb. Çiy tərəvəzlərin bədəni rahatlaşdırdığı, eləcə də orqanizmin fəaliyyətini dəstəklədiyi də bildirilib.

Məlumatlarda çiy qidaların bədənin həqiqi qida və enerji ehtiyacını qarşıladığı, dərini təravətləndirdiyi, sızanaq və bir çox dəri probleminin müalicəsinə kömək etdiyi vurğulanıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm