Asiyalı qadınların gözəlliklərinin 8 SİRRİ
Bizi izləyin

Gözəllik

Asiyalı qadınların gözəlliklərinin 8 SİRRİ

Tarixən Asiyalı qadınlar dərilərinin parlaqlığı və bəyazlığı ilə diqqət çəkiblər. Onların dərisi daim qüsursuz və canlı görüntüyə sahibdir.

Publika.az körpə dərisi qədər yumşaq və gözəl görünüşə sahib olmaq üçün Asiyalı qadınların 8 sirrini təqdim edir.

Gizli metod: 4-2-4

Asiyalı qadınlar ən çox bu üsuldan istifadə edir. Birinci onlar hidrofilik yağı üzə çəkib 4 dəqiqə saxlayırlar. Sonra 2 dəqiqə təmizləyici gellə təmizləyirlər. Bu prosesdən sonra 4 dəqiqə üzlərini su ilə yuyurlar. Bu proses hər dəfə iki mərhələ şəklikdə tətbiq edilir.

Müxtəlif süngərlər

Dərinizi dərindən təmizləmək üçün Konya süngərlərindən istifadə edə bilərsiniz. Konya bitkisinin gövdəsindən hazırlanan bu süngərlər dərini tam təmizləyir və yumşaldır. İstifadə etməmişdən əvvəl yumşalması üçün isti suda saxlayın. Təmizliyə alından başlayıb çənədə bitirin.

Məlhəmlər

Gənc və gənc qalmaq istəyənlər üzünüzü müxtəlif tərkibli məlhəmlərin qarışığı ilə müalicə edə bilərsiniz. Asiyalı qadınlar bu məqsədlə təxminən 17 növ məhsuldan istifadə edirlər. Onlar əvvəl incə sıxlıqlı məhsulları dəriyə “yedizdirirlər”, sonra isə orta sıxlıqdakı və sonra isə ən sıx məlhəmlərdən istifadə edirlər.

Yay-qış demədən

Dərinizi yay-qış demədən günəş kremləri ilə qoruya bilərsiniz. Asiyalı qadınları ilin bütün fəsillərində çətirlə görə bilərsiniz. Əlbəttə, bunu keflərindən etmirlər. Çünki Günəşin zərərli şüaları fəsildən fərqli olmayaraq dəriyə zərər vura bilərlər. Ona görə də, asiyalı qadınlar bu üsulla dərilərini qoruyurlar. Əlbəttə, siz çətir götürmək məcburiyyətində deyilsiniz. Ən azından günəş kremlərindən istifadə edə bilərsiniz.

Düyü suyu

Asiyalı qadınlar üçün düyü əvəzsiz gözəllik vasitələrindəndir. Üzünüzün dərisinin yumşaqlığı üçün düyü suyu əvəzsizdir. Düyü suyu ilə saçınızı yusanız ona əvəzsiz parlaqlıq qazandıracaqsınız.

Yaşıl çay və nanə

Bu iki bitkini mütəmadi olaraq dərinizə çəksəniz parlaq və canlı görünəcək. Allergiyanız varsa, diqqətli olmalısınız.

Dərinizi belə təmizləyin

Dərinizi təmizləmək üçün istifadə etdiyiniz məhsulları sərt şəkildə üzə sürtmək heç ağıllı yanaşma deyil. Məhsulları üzünüzə yumşaq və masaj edirmiş kimi sürtsəniz effekti daha yaxşı olacaq.

Sonuncu - dəri ağartma

Nəticənin yaxşı olması üçün dərinizi ovaraq ağartmalısınız. İki çay qaşığı düyü ununu bir kasaya töküb, bir çay qaşığı bal, 4 çay qaşığı kartof suyu, üç çay qaşığı limon suyu əlavə edib gözləyin. Yaxşıca qarışdırın və dərinizə qalın təbəqə çəkin, 30-40 dəqiqə saxlayın. Sonra 2-5 dəqiqə yumşaq masaj edin və ilıq su ilə üzünüzü yuyun.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm