Mükəmməl və ideal üzün parametrləri açıqlandı - - FOTO
Bizi izləyin

Gözəllik

Mükəmməl və ideal üzün parametrləri açıqlandı - - FOTO

ABŞ-ın Florida ştatındakı Templ Universitetinin elm adamları gözəl sayıla biləcək qadınların üz parametrlərini açıqlayıb.

Publika.az xəbər verir ki, mütəxəssislər üzü ürək formasında qadınların riyazi olaraq gözəllik etalonuna ən yaxın insanlar olduğunu bildirib.

Universitetin professoru Allan Vulk riyazi gözəllik qavrayışının mükəmməl üz ifadələrindən, üzü uyğun, balanslı və cazibədar göstərən parçaların mükəmməl ölçülərindən ibarət olduğunu bildirib. Ürək formasındakı üz gəncliyin ideallığını konkretləşdirdiyinə görə də ən mükəmməl gözəl üz forması hesab edilir.

55 məşhur qadının fotolarını analiz edən araşdırmaçılar mükəmməl qadın üzündə gözlər arasındakı məsafənin 59.2 mm, gözlər və almacıq sümükləri arasındakı məsafənin 13.1 mm, burnun 43.6 mm ölçüdə olduğunu açıqlayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm