22 yaşlı qızından seçilməyən məşhurun gözəllik sirləri - FOTO
Bizi izləyin

Gözəllik

22 yaşlı qızından seçilməyən məşhurun gözəllik sirləri - FOTO

Bu yaxınlarda rəqsi ilə gündəmə gələn türkiyəli xəbər aparıcısı, köşə yazarı, proqram aparıcısı, müğənni və aktrisa Defne Samyeli gözəllik sirlərini açıqlayıb.

Publika.az xəbər verir ki, tədbirdə "All that jazz" çıxışı ilə gecəyə damğa vuran Defne Samyelinin Deren Talu və Dərin Talu adında 2 qızı var. ABŞ-da dünyaya gələn Dfene Samyelinin qızlarının biri 22, digəri isə 15 yaşındadır.

Ulduzun 46 yaşı olsa da, o, 22 yaşlı qızından demək olar ki, fərqlənmir. Bu yaşına qədər ideal bədən ölçülərini qoruyub saxlaya bilib. Defne Samyeli formada qalmaq üçün həftənin 5 günü taekvando və Muay Thai ilə məşğul olur. Bir sözlə, döyüşür.

Qarabaşaq detoksu

Qidalanma rejiminə ciddi əməl edən məşhur həftənin bir günü qarabaşaq detoksu həyata keçirir. Göyərtilərdən cəfəri və şüyüdü süfrəsindən əskik etmir.

Üzü üçün avakado, türk qəhvəsi və bal qarışığından maska hazırlayır.

Zeytun yağı ilə şəkər tozu qarışdırıb əllərinə, dirsəklərinə pilinq edir.

Saçlarına isə küncüt yağı ilə qulluq göstərir.

Bədəninə sevgi və hörmətlə yanaşdığını deyən aktrisa ruhunun ən xoşbəxt olduğu dövrü yaşadığını və yaşından utanmadığını etiraf edib.

Yeri gəlmişkən, onu da qeyd edək ki, D.Samyeli 1991-ci ildə keçirilən “Türkiyə Gözəli” müsabiqəsində 3-cü olub.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm