Ancelina Colini arıqladan SARIMSAQLI ÇAY
Bizi izləyin

Gözəllik

Ancelina Colini arıqladan SARIMSAQLI ÇAY

Xüsusən xanımların üstünlük verdiyi arıqladan çaylar son illərdə çox istifadə edilir. Bu çaylar arasında ən təsirlisi məşhur aktrisa Ancelina Colinin 11 kilo arıqlamağına kömək edən sarımsaq çayıdır.

Sarımsağın faydaları saymaqla bitmir, ancaq təəssüf ki xoş olmayan qoxusuna görə sevilmir. Lakin sarımsaq çayın tərkibində istifadə edildikdə heç bir qoxusu qalmır. Saça qulluqda, ürək sağlamlığı kimi bir çox sahədə faydalı olan sarımsaq arıqlamaq üçün də əvəzedilməzdir.

Картинки по запросу andjelina djoli kak poxudela

Çayın tərkibi:

2 stəkan su

3 diş təzə sarımsaq

2 çay qaşığı bal

1 ədəd limon suyu

Hazırlanma qaydası:

Bir qaba 2 stəkan suyu tökün, 3 diş sarımsağı əzin və suyun içərisinə atın. Suyu ocağın üzərinə qoyub qaynadın. Su qaynadıqda ocağı söndürüb bal və limon suyunu da əlavə edin. Soyudub, süzün. Gündə 3 dəfə ilıq halda yarım stəkan için.

Qeyd: Təzyiq xəstələri və sarımsağa allergiyası olan adamlar mütəxəssislə məsləhətləşmədən bu arıqladıcı vasitədən istifadə etməməlidirlər!

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm