Anar Ağakişiyev Xalq artistini inanılmaz dərəcədə dəyişdi - VİDEO
Bizi izləyin

Gözəllik

Anar Ağakişiyev Xalq artistini inanılmaz dərəcədə dəyişdi - VİDEO

Tanınmış stilist Anar Ağakişiyev Xalq artisti Ofeliya Sənanini makiyajla inanılmaz dərəcədə dəyişdirib.

Publika.az xəbər verir ki, makiyaj ustası əfsanəvi aparıcının əvvəl və sonrakı görüntülərini instaqram hesabında paylaşıb. A.Ağakişiyev bildirib ki, “Canlı əfsanələr/əvvəl/sonra” layihəsini Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edərək bitirməyə qərar verib:

“Sonuncu əfsanəm Azərbaycanın Xalq Artisti, əvəzolunmaz televiziya aparıcımız, çox dəyərli aktrisamız Ofeliya Sənani oldu. Sizi ürəkdən ad gününüz münasibəti ilə də təbrik edirəm”

Artıq xarici ölkələrdə də kifayət qədər populyar olan azərbaycanlı stilist bu yaxınlarda ölkəni tərk etməyə hazırlaşdığına dair ipucu verib:

“Və sonda... Korifey Sənətkarımız, Dünya şöhrərli əfsanəmiz, Azərbaycan musiqisinin zirvəsi Zeynəb Xanlarovanın mahnısında deyildiyi kimi: "Hayana getsəm də ürəyimdəsən, Azərbaycanım!”

Xatırladaq ki, A.Ağakişiyev saytımıza verdiyi açıqlamada xarici ölkələrdən çoxlu iş təklifləri aldığını və başqa ölkədə yaşamağı, həmçinin şəxsi kosmetika brendini çıxarmağı planlaşdırdığını vurğulamışdı:

“Ölkələrin adlarını sirr saxlamaq istəyirəm, yaxınlarda mətbuat konfransı keçirib bu barədə ətraflı məlumat verəcəm. Başqa ölkəyə daimi köçmək barədə düşünürəm. Ölkənin adını gələn təklifi qəbul edəndən və müqaviləyə imza atdıqdan sonra açıqlayacağam”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm