Sellüliti yox edən ən təsirli kremlər – FOTOLAR
Bizi izləyin

Gözəllik

Sellüliti yox edən ən təsirli kremlər – FOTOLAR

Selülitsiz bir bədən üçün sağlam qidalanma, bol hərəkət kifayət etmir. “Portağal qabığı” deyilən bu xoşagəlməz problemdən xilas olmaq üçün doğru kosmetik məhsullardan istifadə etmək də vacibdir. Xüsusilə də, yaz və yay aylarında xanımlar selülitləri özlərinə kompleks edirlər.

Publika.az hər bir xanımı bu kabusdan xilas edəcək ən təsirli kremləri araşdırıb. Nüfuzlu bir çox jurnal 2015-ci ilin ən yeni və ən effektli kremlərini aşağıdakı kimi sıralayıblar:

6.”Nuxe” selüliti yox edən bədən yağı

“Nuxe” qadınların ən böyük problemi olan qarın və omba bölgəsində yaranan selülitlərdən xilas olmağı vəd edir. Bu yağ həm də bədəni incəldib arıqladır. Məhsul bitki mənşəli yağlarla (susam, fındıq) su yosunun harmoniyasından ərsəyə gətirilib. Piyləri azaldır və dəri səthini düzləşdirir. Bütün dəri növlərinə uyğundur. Dəriyə dərhal hopur və ilk istifadədən etibarən təsirini göstərir.

5.“Oriflame”, Perfect Body anti-selülit gel

Gərgin və gənc bir bədən üçün “Oriflame Perfect Body” seriyasından istifadə edə bilərsiniz. Bu gel selüliti azaldır. Ancaq mütəmadi olaraq istifadə etmək lazımdır.

4.“Lierac”, Body Slim Express

Bu zərdab selülitləri bir həftədə azaltmağa qadirdir. Xroniki selülitlərdən şikayətçi olan qadınlar, mütəmadi olaraq kilo problemi yaşayanlar və qısa müddətdə ən yaxşı nəticəni əldə etmək istəyənlər bu zərdaba müraciət edə bilərlər.

Araşdırmalara görə, dəriyə dərhal hopan və yağlılıq hissi verməyən “Body Slim Express” 90 faiz hamar dəriyə qovuşdurur. Həmçinin, bel bölgəsində 3.1 santimetr incəlməyə səbəb olur.

3.“Shiseido” - Super Slimming Reducer

“Shiseido”nun bu məhsulunun yaz aylarının ən populyar sellülit kremi olacağı gözlənilir.

Davamlı olaraq istifadə etdikdə dərini möhkəmləndirir, dəri səthini düzləşdirir. Təsiri elmi olaraq sübut edilib.

Tərkibindəki maddələr sayəsində yağların yandırılmasını təmin edir. Krem tətbiq edildiyi bölgəyə yenidən piy toplanmasının da qarşısını alır.

2.“Yves Rocher” sellülit əleyhinə zərdab

Bu məhsul da həm selülitlərdən xilas etməyi, həm də bədəni incəltməyi vəd edir.

1.“Organicum” anti-selülit yağı

Bu yağın ehtiva etdiyi vitaminlər və “oligo” adlı element dərinin altına nüfuz edərək selülitə səbəb olan toxumaları aradan qaldırır. Tərkibində təbii portağal və kəklik yağı var. Bu yağlar qan dövranını sürətləndirərək selülitin azalmasına və dərinin hamarlaşmasına kömək edir.

Selülitlərlə yanaşı, xanımların digər problemi olan çatlara da yaxşı təsir göstərir.

Dəri altında yığılmış yağ hüceyrələrini parçalayır, toxumaları möhkəmləndirir və toksinlərin xaricə atılmasına səbəb olur.

Nəticələri görmək üçün ən az bir ay istifadə etməlisiniz.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm