• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Öpülmək istəyən dodaqlar: Yazın pomada dəbi - FOTOLAR

Öpülmək istəyən dodaqlar: Yazın pomada dəbi - FOTOLAR

Bu bahar pastel rəngləri və solğun dodaq boyalarını unudun. Çünki parlaq, dodaqları ifadəli, dolğun göstərən pomadalar dəbdədir. Publika.az yaz obrazını son dərəcə təsirli və seksual göstərən, həm də dəbdə olan pomada rənglərini təqdim edir:

“Dolce&Gabbana”

Dolce & Gabbana

Qırmızı dodaq boyası hər bir qızın kosmetik çantasında mütləq olmalıdır. “Dolce&Gabbana” brendi bu rəngin müxtəlif çalarlarını təklif edir. “Dolce& Gabbana Make Up” xətti 13 rəngdən ibarət yeni “Matte Lipstick” dodaq boyasını buraxıb. Onların hər biri krem teksturaya malik olduğu üçün zərif dodaqlarda tez əriyir, onları yumşaldır və nəmləndirir. Xatırladaq ki, pomadanın yenilənmiş dizaynı, qara qızılı qutusu məşhur italyan brendinin ən yaxşı estetik ənənələri əsasında hazırlanıb və çox qəşəng görünür.

“Marc Jacobs”

Marc Jacobs

Mark Jakobs da kosmetika pərəstişkarlarını sevindirmək qərarına gəlib və “Kiss Pop Color Stick” pomada kolleksiyasını genişləndirib. Belə ki, buraya beş parlaq rəng əlavə edib: qırmızı, qıpqırmızı, açıq-çəhrayı, zərif-çəhrayı və badımcan rəngi. Bu pomadanın qablaşdırması da, istifadəsi də çox rahatdır. O, dodaqları rəngləmək, həm də kənarlarını səliqə ilə konturlamaq və vurğulamaq üçün idealdır. Yeri gəlmişkən belə miniatür kosmetik məhsul istənilən, hətta ən kiçik çantaya belə sığar.

Loreal Paris”

L'Oreal Paris

“Loreal Paris”-in əfsanəvi “Color Riche” boyası artıq 30 ildir ki, öz lider mövqeyini heç bir dodaq boyasına vermir. Bleyk Layvli, Ayşvariya Ray, Letisiya Kasta kimi Hollivud ulduzları da bu dodaq boyasına üstünlük verirlər. Bu yaz marka xüsusi olaraq yubileyi münasibəti ilə “Color Riche” pomadasının zəngin palitrasını sevənlərə 15 yeni çalarını əlavə etmək qərarına gəlib. İndi pomada obrazı son dərəcə cəlbedici göstərən zəngin rəng palitrasına və teksturalarına malikdir.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR