• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Qaşları qalınlaşdıran maska

Qaşları qalınlaşdıran maska

Bir çox xanım saç sağlamlığı üçün müəyyən proseduralara əməl etsələr də, qaşa əhəmiyyət vermirlər. Halbuki, eynilə saçlar kimi qaşlar da baxıma möhtacdır. Üstəlik, qaş, demək olar ki, hər gün kosmetik məhsulların təsirinə məruz qaldığından onların tökülmə ehtimalı daha çoxdur. Əgər qaşlarınız nazikdirsə, tük çıxmırsa və ya tez bir zamanda qaşlarınızı doldurub yeni bir forma vermək istəyirsinizsə, Publika.az-ın təqdim etdiyi maska sizin köməyinizə gələ bilər.

Tərkibi:

1 çay qaşığı badam yağı

1 çay qaşığı gənəgərçək yağı

1 diş sarımsaq

Hazırlanması:

Sarımsağı rəndədən keçirin, badam və gənəgərçək yağı əlavə edib bir gün qaranlıq yerdə saxlayın. Bu maskanı hər gecə qaşlarınıza çəkin, səhərlər əvvəlcə südlə, daha sonra isə ilıq suyla təmizləyin. Süd sarımsağın qoxusunu aparacaq.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR