• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Dəri IQ-nüz neçədir?

Dəri IQ-nüz neçədir?

Testlə dərinizə yaxşı, ya da pis təsir edəcək amilləri öyrənmək mümkündür.

Sızanaq və qara nöqtə problemi qadınların ən böyük kabusudur. Ancaq dərinizi kifayət qədər tanısanız, o zaman bu problemi aradan qaldırmaq güman edildiyi qədər çətin olmayacaq. “Proactiv Solution” baxım məhsulunun yaradıcılarından Katie Rodan və Kathi A. Fields dəri tipini müəyyən etmək və mövcud problemi aradan qaldırmaq üçün "Dəri IQ test" hazırlayıb.

Bu test xanımlara öz dəri tipini yaxşı tanımağa və dəri sağlamlığını nəzarət altında saxlamağa kömək edəcək.

Suallar

1. Ailə üzvləriniz və özünüzün dəriniz sızanağa meyillidirmi?

Bəli

Xeyr

2. Hansı amillər sızanaqlara səbəb olur?

Müəyyən yeməklər

Yuxusuzluq

Stress

3. Makiyaj edirsinimzi?

Bəli

Xeyr

4. Menstruasiya dövründə - əvvəl və ya ortasında dəri problemləri yaşayırsınızmı?

Bəli

Xeyr

5. 40 yaşından sonra ağ saçlarla birlikdə sızanaqlar da artıb, yoxsa?

Bəli

Xeyr

Cavablar

Suallara verdiyiniz cavablarda “Bəli” daha çoxdursa, sizin dəri problemləriniz aşağıdakılarla bağlı ola bilər.

1. Genetik quruluşunuz dəri problemlərinin yaranmasında və irəliləməsində mühüm rol oynayır. Valideynlərdən birində şiddətli sızanaqlar varsa, sizin üzünüzdə də sızanaqların çoxalması ehtimal edilir.

2. Aparılan araşdırmalar, xüsusilə, şokolad və qızarmış yeməklərin dəri problemlərinə səbəb olduğunu göstərir. Dərinizdə hansısa qida qəbulundan sonra sızanaqların çoxaldığını müşahidə edirsinizsə, həmin qidanı yeməkdən mümkün qədər çəkinin.

Sızanaqların bəziləri, adətən, stress, yuxusuzluq və şərait dəyişiklikləri ilə bağlıdır.

3. İstifadə etdiyiniz bütün kosmetik məhsulların yağlı dəri üçün nəzərdə tutulduğundan əmin olun.

4. Menstruasiya dövründə hormonal dəyişikliklər zamanı dəri problemləri artır. Menstruasiya dövrü çox nizamsızdırsa, ginekoloqa müraciət edin.

5. Hormonlardakı normal dəyişiklikdən dolayı, dəri problemləri 30 və daha irəli yaşlarda da yaranır. Estorogen hormonları azalıb, androgen səviyyəsi artdığı üçün klimaks dövründə də bəzi dəri problemləri ilə qarşılaşmağınız mümkündür.

Xeyr cavabları

Xeyr cavabları çoxluq təşkil edirsə, sizdə hər hansı ciddi dəri problemləri müşahidə olunmur və dəri tipiniz normal hesab olunur.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR