Qreypfrutla sızanaqdan xilas olun!
Bizi izləyin

Gözəllik

Qreypfrutla sızanaqdan xilas olun!

Dərinizi təmizləmək, sızanaqlarından xilas olmaq üçün qreypfrutdan yararlana bilərsiniz.

C vitamini, lif və likopen baxımından olduqca zəngin olan qreypfrut qadınları dəri problemlərindən xilas edən ən təsirli meyvələrdən biridir.

Naharda 1 stəkan qreypfrut suyu içmək gün ərzində həzm sisteminin daha yaxşı işləməsinə, qan təzyiqinizin nizamlanmasına və maddələr mübadiləsinin sürətlənməsinə səbəb olur.

Bütün bunlar sağlam dəri üçün çox vacibdir.

Ancaq gözəl və gənc dəri üçün qreypfrut yemək və ya suyunu içmək kafi deyil.

Vaxtaşırı bu meyvədən hazırlanan maskalar çəkməlisiniz.

Qreypfrutun tərkibində ölü dərini soyan və məsamələri açan, dəriyə təravət bəxş edən turşular mövcuddur.

Sızanaqlara qarşı qreypfrutdan aşağıdakı qaydada istifadə etmək olar:

Bir qreypfrutun yarısıyla 1 stəkan qatığı qarışdırın. Təmiz dəriyə çəkib 10 dəqiqə saxlayın. İlıq su üzünüzü ovalayaraq təmizləyin. Quruladıqdan sonra dərhal nəmləndirici kreminizi çəkin.

Bu proseduranı həftədə bir dəfə təkrarlamaq lazımdır.

Qatığın tərkibindəki probiyotiklər sızanaqların meydana gəlməsinə imkan vermir. Qızartıların azalmasını təmin edir.

Qreypfurt isə dərini yeniləyir və bərpa edir.

Ölü dərilərə qarşı qreypfrut möcüzəsi

Yarım qreypfrutla 1 stəkan şəkər tozunu və 3 xörək qaşığı üzüm yağını qarışdırın.

Bu qarışığı bütün bədəninizə çəkə bilərsiniz. Fırçadan istifadə edərək istənilən bölgəyə çəkin. Xüsusilə də diz və dirsəklərdə möcüzəvi təsirlər göstərir. Həm ölü hüceyrələrdən, həm də qaraltıdan qurtulmaq üçün ideal maskadır.

Yağlı dəri üçün qreypfrutlu maska

Bir qreypfrutun yarısı, 1 xörək qaşığı bal, yarım kasa qarğıdalı ununu bir qabda qarışdırın.

Üzə çəkdikdən sonra 10 dəqiqə gözləyib yuyun.

Bu maska dərinin yağ ifrazını azladır, məsamələri kiçildir. Eyni zamanda sızanaqların meydana gəlməsinə əngəl olur.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm