Gözəllik
Yekəqarın görünüşdən xilas olmağın 7 YOLU
Qabağa çıxmış qarın heç bir qadının istəmədiyi görünüşdür. Bəs siz bundan xilas olmaq üçün nə edirsiniz?
Publika.az bəzi əlverişli üsullarla bu görünüşdən xilas olmağa kömək edən 7 üsulu təqdim edir:
Qidalar: Meyvələrdən albalı, çiyələk, tərəvəzlərdən isə noxud, lobya, mərcimək toxluq hiss etmənizi təmin qidalardır.
İdman: İdman yağları əridən ən əhəmiyyətli faktordur. Həm qarnınızdan xilas olmaq, həm də sağlamlığa qovuşmaq üçün hər gün nizamlı olaraq idman edin.
İçkilər: Ən yaxşı içki “buzlu su” dur. Çünki kalorisizdir və mədənizə doyma hissi verdiyi üçün daha az yemək yeyərsiniz.
Limonlu su: Günə limonlu su ilə başlayın. Limonlu su mədədəki şişkinliyi azaldır. Aclıq hissi ilə mübarizədə kömək edən pektin lifi limonda bol miqdardadır. Daha çox qələvi qidalarla qidalanan insanların daha sürətli kilo verdiyi söylənilir. Limonlu su arzuolunmaz maddələrin bədəndən atılmasına kömək edər. Qaraciyərin funksiyasını daha yaxşı yerinə yetirməsi üçün öd turşusu istehsalını dəstəkləyir. Bu da qəbizliyi azaldar.
Vitamin: Hər gün sağlam və enerjili olmaq üçün çoxlu kalsium qəbul etməlisiniz.
Qarnı şişdirən qidaları qəbul etməyin: Çoxlu su için. Çipsi kimi duzlu qidalardan uzaq durun. Saqqız çeynəmək çox miqdarda hava udulmasına səbəb olduğu üçün qarını şiş göstərir.
Bunlardan uzaq durun: Oturuş formanız düzgün olmalıdır. Gəzintilərə çıxmalısınız və dik gəzməlisiniz. Gedərkən və oturarkən dik dayanmaq, qarın əzələlərinin önə çıxmamasına səbəb olur.
Arıq göstərən paltarlar: İlk növbədə bədən quruluşunuzu tanımalı və ona görə geyinməlisiniz. Bəzi paltarlar, bel bölgəsini çox bürüdüyü üçün onu daha qalın göstərə bilər. Üstünüzə çox yapışmayan paltarlara üstünlük verin.
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO