Özündən 10 yaş kiçik sevgilisi olan Şakiranın gözəllik ritualları
Bizi izləyin

Gözəllik

Özündən 10 yaş kiçik sevgilisi olan Şakiranın gözəllik ritualları

Özündən 10 yaş kiçik sevgilisi olan Şakiranın gözəllik ritualları

İkinci dəfə ana olmağa hazırlaşan Şakiranın qulaqlarından zəhləsi gedir. Saçlarını heç vaxt yığmamasının əsas səbəbi də elə budur. Hətta saçını yığanda da qulaqlarını örtür. Makiyajsız gəzməyə üstünlük versə də, kosmetik məhsulları xoşlayır. Tabloid.az Şakiranın gözəllik sirlərini təqdim edir:

"Mənə belə gəlir ki, nə qədər az kosmetikadan istifadə edirəmsə, o qədər gözəl görünürəm. Köhnə şəkillərimə baxıram və orda nə qədər çox bəzəndiyimi görürəm. Bu, mənim heç xoşuma gəlmir. Dərinin təravəti və təbii gözəlliyi görünməlidir, makiyaj onu örtməməlidir.

Gözəlliyimin digər bir sirri də gülüşdür. Təbəssüm insanlara sənin necə özünə inamlı olduğunu göstərir. Bu isə ən gözəl kosmetikadır. Mən o qədər gülümsəyirəm ki, bəzən fotoqraflar şəklin seksual alınması üçün məndən ciddi durmağı xahiş edirlər".

Özündən 10 yaş sevgilisi olan Şakira gözəllik salonlarında vaxt keçirməyi çox xoşlamır, onun ritualları çox sadədir. Üz dərisi quru olduğu üçün C və E vitaminlərinin kapsullarından bəhrələnir.

Gözəlliyinin və ideal formada qalmağının ilk sirri şərq rəqsləridir. Rəqslərin köməyi ilə musiqinin ritmlərini daha tez tutur. Elə düşünməyin ki, o, bir mükəmməl hərəkətin üzərində saatlarla məşq edir. Rəqslər emosional durumuna da müsbət təsir edir, sağlamlığını yaxşılaşdırır.

Gözəlliyinin ikinci sirri SPA və kosmetik proseduralardır. SPA yağları parçalamağa və maddələr mübadiləsini sürətləndirməyə kömək edir. Müxtəlif ətirli yağları, dəniz yosunlarını, dəniz duzu və gillə masajı xoşlayır. Gözəlliyinin sonuncu sirri isə sağlam həyat tərzidir.

“Bədənimin ən gözəl yeri ağlım və beynimdir!”

İlk övladını dünyaya gətirdikdən sonra Şakira mükəmməl bədəni və əzələləri ilə gənc qızları da qısqandırmışdı. Əvvəlki formasına tez qayıtmasının səbəbi isə hamiləlik zamanı da rəqslə məşğul olması olub. Hamiləliyi ərzində müxtəlif məşqlər edib, bu da artıq çəki almağa qoymayıb. Oğlu Milanı dünyay gətirdikdən sonra mütəmadi olaraq məşqlərə davam edib. Hamiləlikdə aldığı çəkiləri atmaq üçün sağlam, vitaminli, minerallarla zəngin qidalara üstünlük verib.

Şokoladı çox xoşlayır, lap balaca uşaqlar kimi... Pəhriz saxlasa da, şirniyyatdan imtina edə bilmir. Zinət əşyalarına isə nifrət edir. Bir çox həmkarları kimi spritli içkilərə meylli deyil, qəhvə içmir, siqaret çəkmir.

“Dümdüz qarına sahib olmaq üçün ən başda sağlam həzm sistemi və sağlam qidalanmaya nail olmaq lazımdır. Bunun üçün yediklərimizin siyahısına mütləq qatıq, qoz, badam, yulaf kəpəyi, taxıllı qidalar, zəncəfil kimi bitkilər daxil etməliyik”.

Qatıqdan daha çox istifadə etməyi məsləhət görən Şakira 15 gün ərzində nizamlı qaydada qatıqdan istifadə edərək qəbizliyin, köpün, həzm problemlərinin qarşısını almağın mümkün olduğunu bildirir.

Qarderobunun çoxunu sport geyimlər təşkil etsə də, hündürdaban ayaqqabılara və ətəklərə də rast gəlmək olar. Bunları adətən o, vacib tədbirlərdə geyinir. Geyim çox darıxdırıcı görünürsə, obrazına qiymətli zinət əşyaları da əlavə edir. Boyu balaca olduğu üçün platforma ayaqqabı modellərinə müraciət edir. Stili yaradıcılığı ərzində bir neçə dəyişikliyə məruz qalıb. Əvvəllər dar cinslər geyinərək bədəninin ən cazibədar hissəsini nümayiş etdirirdi. Daha sonra ətəyə oxşayan enli şalvarlar, cırıq, dəlikləri olan şalvarlar geyinib. İndiki stili isə əvvəlki ilə müqayisədə daha yaxşıdır.

Günəş eynəkləri taxmadan evdən çıxmır. Qeyri-adi aksessuarlar ulduzun fantastik obrazını tamamlayır. Xüsusilə muncuq sırğalar, bilərzik və üzükləri çox sevir. Təbii ki, şərq tərzində kəmərləri də. Məhz kəmər onun səhnə obrazlarında mühüm rol oynayır. Demək olar ki, hər konsertdə onları geyinir. Əllərinə çoxsaylı bilərziklər və qəribə əlcəklər taxır. Bəzən də tamaşaçıların qarşısına çox ekstravaqant və vamp paltarda çıxır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm