• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Saçlara parıltı verən 8 qida

Saçlara parıltı verən 8 qida

Saçlarınızın sağlamlığı üçün məşhur brendlərin bahalı şampunlarına, ya da hər hansı saç vasitələrinə pul tökməyə ehtiyac yoxdur. Mətbəxinizdə istənilən vaxt tapılan qidalarla da saçlarınızın qayğısına qala bilərsiniz.

Publika.az həmin məhsulları təqdim edir:

1.Mayonez

Saçlarınızı ilıq suyla yuyun və nəmli saxlayın. Saçınızın uzunluğunu və saç tellərinin qalınlığını nəzərə alaraq 1-2 ovuc mayonezi bütün saça çəkin. 20 dəqiqə gözlədikdən sonra ilıq suyla saçınızı təmizləyin. Saç tipinizə uyğun şampunla saçları köpürdüb təkrar yuyun.

2.Pivə

1 şüşə pivə saçlarınızın mükəmməl görünməsi üçün kifayətdir. Pivəni başınızdan aşağı tökün və saç dərinizi masaj edin. Daha sonra ilıq suyla saçları durulayın.

3.Qara çay

Çay həm saçı parıldadır, həm də saç tökülməsinin qarşısını alır. 2-3 qaşıq çayı dəmləyin. Çayı saçınıza çəkib 20-30 dəqiqə gözləyin. Saçlarınızı durulayın. Qurutmaq üçün fendən istifadə etməyin.

4.Avokado və zeytun yağı

1 ədəd avokadonun qabıqlarını soyun və əzin. 2 xörək qaşığı zeytun yağını badam yağıyla qarışdırın. Hamısını bir qabda qarışdırıb nəmli saça çəkin. 20 dəqiqə gözləyib saçları yuyun.

5. Alma sirkəsi

1 stəkan alma sirkəsiylə eyni miqdarda suyu qarışdırıb sprey şüşəsinə tökün. Həmin qarışığı bütün saça çəkdikdən sonra saçları durulayın.

6. Bal

Bal saçları nəmləndirir. Antibakterial xüsusiyyətə malik olduğundan saçın tez çirklənməsinin qarşısnı alır. 2 xörək qaşığı balı, 2 stəkan ilıq suyla qarışdırıb saçınıza çəkin. 15 dəqiqə gözləyib ilıq suyla saçınızı durulayın.

7. Qatıq

Qatıq saçlara parıltı verməklə yanaşı həm də onu möhkəmləndirir. Bir kasa qatığı saçınızın hər yerinə çəkin. 20-30 dəqiqə sonra saçları durulayın.

8. Aleo vera

Aleo vera saçlar üçün çox faydalıdır. İsitfadə etdiyiniz şampunun içərisinə aloe vera geli əlavə edə bilərsiniz. Bu həm saçların parıldamasına səbəb olacaq, həm də saç tökülməsinin qarşısını alacaq.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR