Çimərkən bədəninizi gözəlləşdirin!
Bizi izləyin

Gözəllik

Çimərkən bədəninizi gözəlləşdirin!

Çimmək, sadəcə, bədənin təmizlənməsi prosesi deyil. Çimərkən həm yorğunluqdan və stressdən xilas ola, həm də dərinizi gözəlləşdirə bilərsiniz.

Əgər siz də bədəninizə, dərinizə yaxşılıq etmək istəyirsinizsə, Publika.az-ın təqdim etdiyi bu resepti sınaqdan keçirin:

2 kasa süd tozu

1 xörək qaşığı qurudulmuş və rəndələnmiş portağal qabığı

1 xörək qaşığı qurudulmuş lavanda

1 çay qaşığı rozmarin

Bunların hamısını qarışdıraraq bir şüşənin içərisinə tökün. Bu qarışıq sizə düz 4 dəfəyə bəs edəcək.

Hər dəfə çiməndə vannadakı isti suya 5-6 xörək qaşığı bu qarışıqdan tökün. 20 dəqiqə həmin suda uzanıb dincəlin. Dərindən nəfəs almağı unutmayın.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm