Quru dərililər üçün əsl gözəllik iksiri
Bizi izləyin

Gözəllik

Quru dərililər üçün əsl gözəllik iksiri

Çiyələyin dəriyə faydalı olduğunu, demək olar ki, hamı bilir. Həmin meyvə dəri üzərindəki ölü hüceyrələri təmizləyir və daha gənc, sağlam dəriyə qovuşdurur.

Publika.az, xüsusilə də, quru dərililər üçün əsl gözəllik iksirinə çevriləcək çiyələk maskasını təqdim edir:

4 ədəd çiyələyi əzib 1 çay qaşığı nəmləndirici kremlə qarışdırın (kremin keyfiyyətinə əmin olduğunuz bir markadan olması önəmlidir).

Maskanı incə təbəqə şəklində çəkin. 10 dəqiqə gözləyib soyuq suyla üzünüzü yuyun.

Ayda 2 dəfə proseduranı təkrarlasanız, daha gənc və gözəl dəriyə sahib olacaqsınız.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm