Qara nöqtələr üçün kartof maskası
Bizi izləyin

Gözəllik

Qara nöqtələr üçün kartof maskası

Sizi olduğunuzdan daha yaşlı göstərən qara nöqtələrdən xilas olmaq elə də çətin deyil.

Bunun üçün hər kəsin mətbəxində olan kartofdan kömək ala bilərsiniz.

Publika.az sizi qara nöqtələrdən qısa müddətdə xilas edəcək ən təsirli kartof maskasını təqdim edir:

Tərkibi:

2-3 ədəd kartof

3-4 damcı limon suyu

1 çay qaşığı bal

Hazırlanması:

Kartofları rəndələyin və bintdən keçrib suyunu süzün.

Həmin suyu limon suyu və balla qarışdırın.

Qarışığı üzünüzə çəkib 20 dəqiqə gözləyin.

Üzünüzü ilıq suyla yaxşıca yuyub, quruladıqdan sonra dərhal nəmləndirici kreminizi çəkin.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm