Keyt Apton sağlam həyat tərzi haqqında danışdı - FOTOLAR
Bizi izləyin

Gözəllik

Keyt Apton sağlam həyat tərzi haqqında danışdı - FOTOLAR

Dolğun bədən ölçüləri ilə tanınan məşhur model Keyt Apton Google şirkətinin hazırladığı reytinqə görə, internetdə ən çox axtarılan qadındır.

Publika.az xəbər verir ki, cazibədar model xarici mətbuata verdiyi müsahibədə qidalanma rejimi barədə danışıb.

Keyt Aptonun sözlərinə görə, səhəri yumurta və yaşıl çay ilə başlamağa üstünlük verir. Daha sonra model çiy badam (maksimum 10 ədəd) yeyir, üstündən isə göyərti və tərəvəz şirəsi içir.

O, “Mən nahara, adətən, tərəvəzli toyuq qrili, günün qalan hissəsində proteinli baton yeyirəm” - deyib.

Şam yeməyinə qızılbalıq, ya da qızardılmış anakardiya yeyirəm” – söyləyib.

Model bildirib ki, yalnız çərşənbə axşamı özünə içki içməyə də icazə verir. O, bir-iki qədəh tekila içir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm