Yorğun dəri üçün maska
Bizi izləyin

Gözəllik

Yorğun dəri üçün maska

Çirkli hava, külək, günəş, bir sözlə, bir çox xarici faktorlar dərinin yorulmasına səbəb olur.

Ancaq həftədə iki dəfə tətbiq edəcəyiniz xüsusi maskalarla yorğun dərinizi təravətləndirə və zərər görmüş hüceyrələri bərpa edə bilırsiniz.

Publika.az yorğun dəri üçün ən təsirli maskanı təqdim edir:

2 çay qaşığı limon suyuyla 1 çay qaşığı bal və 1 çay qaşığı badam yağını qarışdırın. Kənarda 1-2 xörək qaşığı lobyanı suda bişirib daha sonra çəngəllə əzin. Lobyanı bal, badam və limon suyu qarışığının üzərinə əlavə edib təkrar qarışdırın.

Maskanı təmiz dəriyə çəkib yarım saat gözlədikdən sonra yuyun.

Mütəmadi olaraq tətbiq etsəniz, maskanın təsirini ən qısa zamanda hiss edəcəksiniz.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm