Gözəllik
Saçlar niyə ağarır?
Saçın kökündə olan rəng hüceyrələri - melaninin olmadıqda tük gümüşü çalar alır. Melaninin orqanizmdə istehsalı vitamin və mineral çatışmazlığı səbəbindən dayanır.
Saçlar genetik səbəblərdən, stress, əsəb, fikir, qorxu, həyəcan, uğursuzluq, qeyri-normal qidalanma, alkoqol, siqaret, yuxunun pozulması, qalxanabənzər vəzi və mədə-bağırsaq sisteminin pozulması, günəşin altında çox qalmaqdan ağara bilər.
Ağ saçları qopardımmı?
El arasında deyirlər ki, ağ tükü qopartmaq onun daha da yayılmasına səbəb olur. Bu həqiqətən də belədir. Çünki ağ tükü qopardıqda hüceyrələr ətrafa səpələnərək saç köklərinə təsir edir.
Saçlar arasında rast gəlinən tək-tük ağ tellərin görünməməsi üçün xanımlar, adətən, saçını tamamilə boyamağa üstünlük verirlər. Lakin saçları tamamilə boyamadan ağ telləri ombre və ya balyaj ilə gizlətmək daha yaxşı variantdır. Ombre ilə balyaj saçın təbii rəngi ilə xoş təzad yaradırlar. Amma saçlar çox tünddürsə, saçın üstünə çox açıq kölgələr atdırmayın. Çünki bu, sizi olduğunuzdan daha yaşlı göstərəcək.
Ağ saçları gizlətməyin yollarından biri də kəkil kəsdirməkdir. Kəkil ağ saçları müəyyən qədər gizlədir.
Necə qidalanmalı?
Elastik, təravətli dəriyə və tünd rəngli saçlara sahib olmaq üçün hər ay müntəzəm olaraq bir dəfə yerkökü suyu için. Yerkökü suyu saç ağarmasına qarşı çox effektlidir.
Aytən
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?