Cazibədar ulduzun etirafı: “Plastik əməliyyat etdirən qadınlar dəlidir” – FOTOLAR
Bizi izləyin

Gözəllik

Cazibədar ulduzun etirafı: “Plastik əməliyyat etdirən qadınlar dəlidir” – FOTOLAR

Kristen Stüartın gözəllik sirləri

Kristen Stüart “Harpers Bazaar” jurnalının iyun buraxılışının qəhrəmanı olub. O, jurnala verdiyi müsahibəsində plastik əməliyyat və gözəllik sirlərini bölüşüb. Publika.az xarici mətbuata istinadən ulduzun gözəllik sirlərini təqdim edir:

Makiyaj

Seksual ulduz göz üçün qara qələm və göz kölgəsi istifadə etməyi sevdiyini, onsuz özünü narahat hiss etdiyini söyləyib: “Qara göz kölgəsi ilə seksual və çox cazibədar görünürəm. Mən özüm yaxşı makiyaj edə bilmirəm. Bu işi adətən makiyaj ustalarına həvalə edirəm.

Mineral tərkibli kosmetikalara üstünlük verirəm. Onları həm çəkmək asandır, həm də ki, üz üçün faydalıdır”.

Saçlar

Saçını səliqəyə salmadan evdən çıxmadığını söyləyib. Cazibədar aktrisa “Saçımı düzləşdirmək xoşuma gəlir, burda nə isə rəsmilik var, özümü sanki kostyum geyinmiş kimi hiss edirəm”, - deyib.

Fitnes haqqında:

“Əgər əhvalım yaxşıdırsa, 40 dəfə jim edirəm. Əgər əhvalım pisdirsə, yalnız 10-la kifayətlənirəm. Amma arıqlamaq və gözəl bədən quruluşuna nail olmaq üçün gün ərzində hətta 250 dəfə jim edə bilərəm. Şəxsi məşqçim mənə ideal bədənimi qorumaqda kömək edir”.

Plastik cərrahiyyəyə münasibəti:

“Plastik əməliyyat məni qorxudur. Ola bilsin ki, özüm haqqında çox yüksək fikirdəyəm, amma mən öz görkəmini dəyişmək istəmirəm. Plastik əməliyyatla özünü dəyişdirən qadınlar dəlidir”.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm