Ən gözəl yay makiyajları – FOTOLAR
Bizi izləyin

Gözəllik

Ən gözəl yay makiyajları – FOTOLAR

Yay aylarında makiyaj etmək çox əyləncəlidir. Çünki rənglərdən sərbəst şəkildə istifadə edə bilirik.

Məsələn, bu yaya rəngarəng dodaqlar damğa vuracaq. Belə ki, iddialı dodaq boyalarıyla yanaşı zərif çəhrayılar və dəri rənginə yaxın çalarlar dəbdə olacaq.

Deməli, iddialı makiyajlarla yanaşı təbii makiyajı da sınaqdan keçirə bilərsiniz. Tutaq ki, BB və CC krem sayəsində sanki makiyaj etməmiş kimi görünərsiniz. Yaxud, son günlər ulduzların da əl atdığı hiyləyə müraciət edərək qələmlə üzünüzdə saxta çillər yaradarsınız. Bu hiylələr təbii makiyaj effektini daha da artırar.

Onu da qeyd edək ki, yay aylarında gözlər də ön planda olacaq. Diqqətçəkici kirpiklər və laynerlə əhatəyə alınmış gözlər yay makiyajınızı uğurla tamamlayacaq.

Publika.az ilham almağınız üçün yay mövsümü üçün ən uyğun makiyaj stillərini toplayıb.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm