• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

35 yaşında olanlar üçün qırış əleyhinə maskalar

35 yaşında olanlar üçün qırış əleyhinə maskalar

Dəridəki qırışlar qadınların ən qorxulu kabusudur. Lakin düzgün qulluq və bol su içməklə qırışların yaranmasını gecikdirmək olar.

Məlumdur ki, adətən, 35 yaşdan sonra qadınlar qırışlardan şikayət etməyə başlayır.

Ona görə də Publika.az məhz 35-40 yaş arasında olan xanımlar üçün ən təsirli maska reseptlərini təqdim edir:

Yumurtalı maska

Tərkibi:

1 xörək qaşığı bal

1 fincan limon suyu

2 ədəd yumurtanın ağı

1 xörək qaşığı badam yağı

Yarım fincan süd

Bunların hamısını qarışdırıb qırış olan hissələrə çəkin.

Qurumasını gözləyin. Quruyan hissələrə maskanı təkrar çəkin. Bu dəfə də quruduqda ilıq su ilə dərini təmizləyin.

Maya və yumurta möcüzəsi

1 çay qaşığı maya ilə 1 yumurtanın ağını qarışdırın. Daha sonra dəriyə çəkib 20 dəqiqə gözləyin.

İlıq su ilə yuyun.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR