Xanımları cəlbedici göstərən balerina toppuzları – FOTOLAR/VİDEO
Bizi izləyin

Gözəllik

Xanımları cəlbedici göstərən balerina toppuzları – FOTOLAR/VİDEO

Əgər siz hələ də tarım yığılmış balerina toppuz saç modelinin cansıxıcı və maraqsız olduğunu düşünürsünüzsə, biz bu fikirləri dağıtmağa hazırıq. Toplanmış balerina toppuz saç düzümü boynun zərifliyini vurğulayır və qadını bir o qədər cəlbedici göstərir. Bu sadə saç düzümünü toplamaq kifayət qədər bəsitdir.

Üstəlik, həm gündəlik, həm işgüzar görüşlər, həm də axşam dəvətləri üçün idealdır. Yeri gəlmişkən, əfsanəyə görə, tarım yığılmış saçlar qadınlara bütün lazım olan enerjini öz ətrafında cəmləşdirməyə kömək edir.

Azacıq səliqəsiz, bir qədər boş saç formaları xüsusilə yaz-yay kimi isti aylarda xanımlara zərif və romantik hava verir. Sıx toplanmış toppuz saç düzümü isə xanımları olduqca seksual göstərir.

Balerina toppuz saç modelinin bir neçə variantı mövcuddur: Tarım yığılmış, bir qədər dağınıq, aşağıda yığılmış toppuz və hörüklü variantları.

Toppuz saç modelini yığmazdan əvvəl saçları darayıb, fenlə yüngül sığal çəkin. Daranmış və fenlənmiş saçlar istənilən modeli yığmağı asanlaşdırır. Daha sonra istədiyiniz hündürlükdə at quyruğu şəklində toplayın. Saç hazır olduqda toppuz modelini zövqə görə yığmaq qalır.

Toppuz hissəsini bərkitmək üçün saç sancaqları və maşalar lazım olacaq. Saç modelinin ümumi mənzərəsinin daha effektli görünməsi üçün kənarları və ön hissəsini bir qədər qabartmaq tələb olunur. Saç aksessuarları, broşlar və ya güllər balerina saç düzümünə xüsusi gözəllik qatır.

Gözəllik ekspertləri nə təklif edirlər?

Xatırladaq ki, toppuz saç düzümünü yığmaq üçün xüsusi rezinlər və saç broşları satılır. Onların sayəsində saç dağılmır və uzun müddət səliqəli qalır. İdeal yumruluğu əldə etmək təkcə cəldlik və əl qabiliyyətində deyil, həm də xüsusi rezində gizlənir. Saç rezinlərinin diametrinin genişliyi saçın uzunluğundan və qalınlığından asılı olaraq dəyişir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm