Vizajistlər bu mövsüm hansı pomadaları təklif edirlər? – FOTOLAR
Bizi izləyin

Gözəllik

Vizajistlər bu mövsüm hansı pomadaları təklif edirlər? – FOTOLAR

Qadın gözəlliyinə necə nail olmaq mümkündür? Əlbəttə ki, qüsursuz makiyaj sayəsində!

Bəs qadın imicinin dəyişməsinə nə kömək edə bilər? Düzgün seçilmiş dodaq boyası qadınların dodaqlarını ideal şəkildə vurğulayaraq ümumi görünüşü dəyişir.

Publika.az 2015-ci ilin yaz və yay aylarında aktual dodaq boyaları haqqında xəbər verir.

Makiyaj etdikdə mövsümün dəb tendensiyalarına uyğun olmasına fikir vermək lazımdır. Yeni mövsüm özü ilə birlikdə bir çox maraqlı ideyalar və orijinal rənglər gətirib. Onların sayəsində hər bir qadın cəlbedici və təkrarolunmaz görünəcək.

Qırmızı dodaqlar

Qırmızı pomada ilə boyanmış parlaq dodaqlar yeni mövsümün ən isti tendensiyası olacaq. Qırmızı dodaq boyası heç vaxt dəbdən kənarda qalmır. Qırmızının nə qədər rəqibi olsa da, bu rənglərin heç biri onu devirə bilmirlər. Qırmızı dodaq boyası ilə onun yalnız müxtəlif çalarları layiqli şəkildə rəqabət apara bilər.

Ötən əsrin 40-ci illərində qadınlar qırmızı dodaq boyasından istifadə etdiyi üçün qınaq obyekti olsalar da, bu gün o, öz hakimiyyətini əldən vermək istəmir. Lakin xüsusi vurğulamaq lazımdır ki, qırmızı isti yay aylarında gündəlik istifadə üçün məsləhət deyil. Parlaq qırmızı dodaqlar çox sadə göz makiyajı ilə birləşdirməlidir. Özü də sadə göz makiyajı ilə parlaq dodaqların vəhdəti istənilən yaşda olan gözəl qadına yaraşır.

Açıq çəhrayı

Bu yaz və yay aylarında kosmetika şirkətləri ən cəsarətli və parlaq dodaq boyaları ilə yanaşı, daha təbii və solğun rənglər təklif edirlər.

Vizajistlər yaz və yay aylarında gündəlik makiyajda klassik çəhrayı tonlarından istifadə etməyi məsləhət görürlər. Xüsusən də solğun-çəhrayı boyalar rəngli geyimləri ideal şəkildə tamamlayırlar.

Yazın pomada dəbində siyahıda liderliyi solğun çəhrayı tutur. Əgər solğun çəhrayı dodaq boyasının pərəstişkarı deyilsinizsə, siz parlaq çəhrayı, pastel çalarları seçmək şansınız var.

Solğun çəhrayı dodaq boyası çəkmisinizsə, bu zaman gözlər mümkün qədər cəlbedici olmalıdır. Çəhrayı və bej pomada ilə dumanlı göz makiyajı çox yaxşı uzlaşır. Bu makiyajın son nöqtəsi çəhrayı ənlik olmalıdır.

Mat (tutqun) dodaq boyaları

Yeni mövsümdə təbii görüntünü dəyişməyən pomadalar da çox aktualdır. Tutqun və parıltısız dodaq boyaları dərinin təbii rəngi ilə əla uzlaşır, amma açıq çəhrayı dodaq boyası qaralmış dərili modapərəstlər üçündür. Dodaqların təbii rənginə karamel və ya südlü şokoladlı pomadalar sayəsində nail olmaq mümkündür. Dodaqların təbii rənginə yaxın pomadalar hər bir qadın üçün həm gündəlik həyatda, həm də axşam dəvətləri üçün gözəl seçimdir.

Təbii çalarlı dodaq boyasının istifadəsi zamanı üzün həddindən artıq solğunluğuna yol vermək olmaz. Mat dodaq boyası dəri rəngindən bir ton tünd olanda daha effektli görünür.

Xatırladaq ki, bu mövsüm mərcan dodaq boyaları da istisna deyil. Mərcan rəngi xanımların dodaqlarına zəriflik və incəlik bəxş edəcək.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm