Qırışlara qarşı ən effektli bitki yağı
Bizi izləyin

Gözəllik

Qırışlara qarşı ən effektli bitki yağı

Pis bəslənmək, susuz qalan dəri, o cümlədən günəşin zərərli təsirləri gənc xanımların belə dərilərinə təsirsiz ötüşmür. Nəticədə dəri vaxtından əvvəl qırışır.

Publika.az xəbər verir ki, kosmetoloqlar qırışların yaranmaması üçün sağlam qidalanmağı və əlbəttə ki, təbii bitki yağlarından istifadə etməyi təklif edirlər.

Mütəxəssislərin apardığı son araşdırmalarda məlum olub ki, qırışlar üçün ən təsirli yağ hindqozu yağıdır. Hindqozu yağı təbii nəmləndiricidir. Hindqozu yağının tərkibindəki turşular dəriyə hopur və beləcə nəmi təmin edir. Hüceyrələrin canlılıq səviyyəsini yüksəldir və qırışların yaranmasının qarşısını alır.

Antibakterial bir xüsusiyyətə malik hindqozu yağı quru dərinin ehtiyacı olduğu nəmlə təmin edir. Bundan başqa, stress, qocalma kimi problemlərdən dolayı yaranan qırışları aradan qaldırmaq xüsusiyyətinə malikdir.

Qan dövranını sürətləndirib dərini nəmləndirir. Bu yağ hər gün istifadə etdiyimiz qocalmağı ləngidən bahalı kremlərdən daha təsirlidir.

Dünyaca tanınmış model Adriana Lima da dəriyə qulluqda hindqozu yağına üstünlük verir. O, təravətli dəri gözəlliyini hindqozu yağına borcludur.

Hindqozu yağını taraş kremi kimi istifadə edə bilərsiniz. Həssas dəriyə sahib olanlar üçün idealdır.

Dirsək və topuq kimi sərt səthləri yumşaltmaq üçün hindqozu yağından istifadə etmək tövsiyə olunur.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm