• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Günəşdən ən yaxşı qoruyucu kremlər – FOTOLAR

Günəşdən ən yaxşı qoruyucu kremlər – FOTOLAR

Havalar isindikcə Günəşin zərərli təsirindən müdafiə olunmaq zərurəti meydana çıxır. Odur ki, üz, qollar, sinə, ayaqlar, bir sözlə bədənin açıq yerlərini günəşdən müdafiə etmək lazım gəlir. Bunun üçün hər gün günəşdən qoruma faktoru azı 30 olan kremlər çəkməlisiniz. Ancaq hər kremin faydalı olmadığını da unutmayın. Bu səbəbdən də günəşdən qoruyucu kremləri diqqətlə seçməli, kremin dəri tipinizə, dəri rənginizə və yaşınıza uyğun olub-olmadığını düzgün müəyyənləşdirməlisiniz. Ən əsas isə kremin keyfiyyətidir.

Publika.az dünyanın ən çox bəyənilən günəşdən qoruyucu kremlərini təqdim edir:

“Shiseido”, “Ultimate Sun Protection Lotion SPF 50+”

Bu losyon hüceyrələrin zərər görməsinə və dərinin qocalmasına səbəb olan günəş şüalarının qarşısını almaqla yanaşı, dərini nəmləndirir. Həm üz, həm də bədən üçün uyğun olan krem dəriyə dərhal hopduğundan yapışqanlığa səbəb olmur. Suya davamlıdır. Dənizdə 80 dəqiqə qalsanız belə, təsirini itirmir.

“Biotherm”, “Sun Vivo SPF 15”

Bu məhsul 3 effektə malikdir. Belə ki, qırışların qarşısını alır, qəhvəyi rəngli dəri ləklərinin yaranmasına imkan vermir və dərinin sallanmasının qarşısını alır. Günəşin DNT və genlərimizə verdiyi zərərin qarşısını maksimum dərəcədə alır. SPF 15 tərkiblidir.

“Nuxe”, “Ecran Prodigieux High Protection Screen SPF 30”

Yay-qış fərqi olmadan ilboyu istifadə edə biləcəyiniz bir günəş kremidir. Tərkibindəki kakao, yasəmən yağı və E vitamini dənizə girərkən məruz qaldığınız kimyəvi maddələrin dəriyə zərər verməsinin qarşısını alır.

“Lancome”, “Genifique Soleil SPF 30”

Antioksidant tərkiblidir. Dərini qoruyur və gözəlləşdirir. Dərhal dəriyə nüfuz edir və dəri üzərində ağ təbəqə yaratmır.

“Avene”, “Reflexe Solaire SPF 50+”

Həssas dəriyə sahib olanlar üçün çox uyğundur. Günəşin zərərli şüalarının qarşısını alır.

“Lancaster”, “Oil Free Milky Spray SPF 30”

Tərkibində yağ yoxdur. Yağlı dəriyə malik olanlar üçün uyğundur. Günəşdən qorumaqla yanaşı dərinin yaşlanmasının da qarşısını alır.

“La Roche Posay”, “Anthelios Dry Touch Gel-Cream SPF 50+”

Alergiyaya meyilli və həssas dəriyə sahib olanlar rahatlıqla bu geldən istifadə edə bilərlər. Dərini günəşdən maksimum şəkildə müdafiə edir. Ancaq üz dərisinə çəkmək məsləhətdir.

“Bioderma”, “Photoderm Max Fluid SPF 50+”

Üz dərisi üçün nəzərdə tutulub. Üzdə yağlılığa və parıltıya səbəb olmur, ağ təbəqə yaratmır.

Olduqca güclü müdafiə təmin edir.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR