Saçlarda bohem cazibədarlığı - FOTOLAR
Bizi izləyin

Gözəllik

Saçlarda bohem cazibədarlığı - FOTOLAR

Geyim, saç və aksessuar dəbini yaxından təqib edənlər yaxşı bilir ki, bu yay bohem stili çox aktualdır. Bohem tərzində geyinəndə saçlar da nəzərə alınmalıdır. Publika.az saçları bohem tərzində toplamağın üsullarını təklif edir.

Dalğalı saçlar: Dalğalı saçlar yay aylarında da öz hakimiyyətini davam etdirəcək. Saçları dalğalı etmək üçün fenə ehtiyac yoxdur. Nəmli saçları axşam yatmazdan əvvəl hörün. Səhər yuxudan duranda onları açın. Hörükləri açdıqdan sonra bohemsayağı dalğalı saçları lentlə toplaya bilərsiniz.

Çiçəksiz olmaz: Çələnglər də bohem stilinin ayrılmaz hissəsidir. Çiçəkli tacları artıq demək olar ki, hər yerdə tapa bilərsiniz. Lakin onları istifadə etməzdən əvvəl saçlarınıza təbii dalğalar verməyi unutmamağınızı rica edirik.

Rəngli örpəklər və yaylıqlar: Qadının ən vacib aksessuarı yaylıqlardır. Bu il dizaynerlər yaylıqlardan və örpəklərdən saç aksessuarı kimi istifadə etməyi təklif edirlər. Ona görə də, şlyapa və papaqları yaylıq və nazik örpəklərlə əvəz edin. Yaylıqları saçlara arzuladığınız kimi bağlaya bilərsiniz.

Zəncirli saç aksessuarları: Saçları bohem tərzində yığmaq üçün zəncirli saç aksessuarlardan istifadə edə bilərsiniz.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm