Tanınmış modeli cazibədar göstərən 5 saç düzümü - FOTOLAR
Bizi izləyin

Gözəllik

Tanınmış modeli cazibədar göstərən 5 saç düzümü - FOTOLAR

İlin ən qızmar vaxtında uzun saçlar qızlara çətinlik yaradır. Amma stilistlər bu yay uzun saçlı qızları sevindirəcəklər. Belə ki, bu yay dağınıq və uzun saçlar dəbdədir. Bu xəbərdə biz tanınmış model Dautzen Krezin timsalında mövsümün ən populyar 5 saç düzümünü toplamışıq.

Dənizin dalğası

Даутцен Крез

Az dalğalı saç düzümü həm sadədir, həm də həmişə də effektli görünür. Bu saç düzümünü toplamaq üçün peşəkar saç ustası olmaq lazım deyil.

Даутцен Крез

Sadəcə, nəm saçlara bir qədər mus, ya da saç kremi çəkin, sonra saç qurudan fenin isti küləyi ilə qurudun.

Atquyruğu

Даутцен Крез

“Çimərlik dalğalarını" atquyruğuna asanlıqla çevirmək olar. Bunun üçün saçı təpə hissədə rezinlə yığmaq kifayətdir.

Даутцен Крез

Azca həcm vermək üçün saçın üstündən, kənarlarından telləri əllə və ya daraqla bir qədər boşalda bilərsiniz.

Arxaya daranmış saçlar

Даутцен Крез

Əgər saçlar yağlıdırsa, üstəlik, axşam qonaqlığa dəvət olunmusunzusa, bu qüsuru gizlətməyin ən yaxşı variantı arxaya daranmış nəmli saçlardır.

Даутцен Крез

Bu saç düzümünı etmək çox bəsitdir. Bunun üçün ovcunuza bir qədər saç geli tökün və saçın ortalarına qədər çəkin, uclarını quru saxlayın. Sonra daraqla saçı arxaya tərəf darayın.

Yarım yığılı saçlar

Даутцен Крез

Bu saç düzümü də sadə və eyni zamanda cazibədardır. Bu saç düzümünü həm düz, həm də dalğalı saçlarla yığmaq olar.

Даутцен Крез

Əvvəlcə saçın hər iki tərəfindən eyni ölçüdə götürün, sonra onları birləşdirib arxada sancaq və ya broşla bərkidin. Yarım yığılı saç düzümü xanımları məsum və saf göstərir. Asanlıqla yığıldığı üçün peşəkar yanına getmək də lazım deyil.

Toppuz

Даутцен Крез

Dağınıq toppuz qonaqlıqlar və dəvətlər üçün ideal saç düzümüdür. Üstəlik, bu saç düzümü çox asan yığılır.

Даутцен Крез

Saçların həcmli olması üçün əvvəlcədən saçları şampunla yaxşıca yuyun. Sonra başınızı önə əyərək fenlə qurudun. Toppuzu istədiyiniz hissədə toplayın. Final akkordu kimi və saçın daha təbii görünməsi üçün kənardan bir neçə tel buraxın.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm