Beyonsa oxşamaq istədi, əməliyyat masasında keçindi - FOTOLAR
Bizi izləyin

Gözəllik

Beyonsa oxşamaq istədi, əməliyyat masasında keçindi - FOTOLAR

ABŞ-da yaşayan 34 yaşlı Kelli Mayhyu adlı qadın özünü pərəstişkarlıq etdiyi dünya ulduzları Beyons və Niki Minaja oxşatmaq istəyərkən həyatını itirib.

Publika.az-ın məlumatına görə, omba implantı qoydurmaq istəyən qadın əməliyyat masasında keçinib. Nyu-Yorkdakı binalardan birində baş tutan əməliyyatı həkimlik lisenziyası olmayan bir qadın həyata keçirib. Əməliyyat zamanı Kellinin yanında anası da olub. Qızının vəziyyətinin pisləşdiyini görən ana polisə və təcili yardıma zəng edib. Saxta doktor isə xəstənin öləcəyini anlayaraq dərhal qaçıb.

Polis hazırda özünü doktor kimi təqdim edən həmin qadını axtarır. Kellinin anasının polisə verdiyi ifadəyə görə, onun qızı daha öncə beş dəfə estetik əməliyyat etdirib.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm