Sellülit əleyhinə təbii krem
Bizi izləyin

Gözəllik

Sellülit əleyhinə təbii krem

Dəniz və çimərlik vaxtı yaxınlaşır. Əlbəttə ki, qadınların çoxu sellülitdən xilas olmağın yollarını axtarırlar. Bunun üçün bahalı kremlər almağa ehtiyac yoxdur. Çünki təbiətin möcüzəli bitkilərindən alınan yağlar bu məsələdə çox effektlidir. Publika.az sellülitləri aradan qaldıran təbii yağlardan hazırlanan maska reseptini təqdim edir:

Sellülit səhv və yağlı qidalanmadan, hərəkətsizlikdən qaynaqlanır. Az su içmək, qazlı içkilər, şəkərli qidalar, duzlu və yağlı qidalanma sellülit əmələ gəlməsinə səbəb olur. Bu kremlə dərini masaj etdikdə, daha sağlam və hərəkətli həyat tərzinə keçərək sellülitləri tamamilə aradan qaldıra bilərsiniz.

Limon skrabı

Ərzaqlar:

15 ədəd döyülüb, un halına gətirilmiş aspirin

3 ədəd Bephantol dəri baxım kremi (aptekdən ala bilərsiniz)

10 ədəd təzə limon suyu

25 qram badrənc (melissa) yağı

25 qram evkalipt yağı

25 qram ada çayı (əvvəlcədən dəmə qoyulmuş)

Hazırlanması:

Təmiz boşqabda bütün ərzaqları taxta qaşıq ilə yaxşıca qarışdırın. Sellülit olan hissələri əvvəlcə kremsiz masaj edin. Bu, qan dövranını sürətləndirir. Daha sonra bu kremi masaj edərək dəriyə sürtün.

Sellülit əleyhinə rozmarin yağı

Ərzaqlar:

1 çay qaşığı rozmarin yağı

1 çay qaşığı bədən nəmləndirici krem

1çay qaşığı qəhvə qalıqları

Hazırlanması:

Sellülit əleyhinə kremi çəkməzdən əvvəl, duş qəbul edin və sellülit olan bölgələri əlinizlə masaj edin. Əl masaj cihazınız varsa, o daha təsirli olacaq. Sonra ərzaqların hamısını bir qaba töküb qarışdırın. Hazırladığınız sellülit kremini problemli hissələrə masaj edərək çəkin. Masaj ən az 10 dəqiqə davam etməlidir. Daha sonra həmin hissəni streçlə bağlayın və 30 dəqiqə gözləyin. Gün ərzində ən azı 2 litr su için və ayaqları incəldən məşqlər edin. Bu yazılanların hamısına əməl etsəniz, sellülitdən qısa müddətdə xilas olacaqsınız.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm